Çin ÜST-lə əməkdaşlıqdan imtina etdi
22.07.2021 11:18

Çin Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə əməkdaşlıq etməkdən imtina edib.

 

Bunu Çinin Səhiyyə məsələləri üzrə Milli Komitəsinin rəhbərinin müavini Çzen İsin açıqlayıb.

 

O bildirib ki, Çin ÜST-ün COVID-19 infeksiyasının mənşəyi haqqında araşdırmanın ikinci mərhələsi ilə bağlı təklif etdiyi plana riayət etməyəcək.

 

Qeyd edək ki, keçən həftə ÜST rəhbəri Tedros Adhanom Qebreyesus bildirib ki, koronavirusun Çində laboratoriyadan sızma nəticəsində yayıldığını istisna etmək hələ tezdir və Çini açıq əməkdaşlıq etməyə çağırıb.

 

O, həmçinin qeyd edib ki, ÜST Uhanda koronavirusa ilk yoluxma hallarının aşkar olunduğu əraziyə yaxın məsafədə yerləşən laboratoriyalarda da yoxlanış həyata keçirməyi planlaşdırır.

 

Uhan şəhərinin Milli Biotəhlükəsizlik Laboratoriyasının direktoru Yuan Çjimin isə öz növbəsində bildirib ki, koronavirusun laboratoriyadan sızması ilə bağlı sübutlar yoxdur. O vurğulayıb ki, Uhan laboratoriyası heç vaxt COVID-19 virusu yaratmayıb və sızıntıya yol verməyib.

 

Xatırladaq ki, “The Wall Street Journal” qəzetinin ABŞ kəşfiyyatının məxfi hesbatına istinadən yaydığı məlumatda deyilirdi ki, Uhanda Virusologiya İnstitutunun üç alimi 2019-cu ilin noyabr ayında ağır xəstələnib. Onlar bu zaman COVID-19-a bənzəyən simptomlarla xəstəxanaya yerləşdirilib.

 

Qəzetin məlumatına görə, alimlər hələ koronavirus infeksiyası barədə məlumatlar yayılmazdan əvvəl xəstələniblər. Bildirilir ki, bu hadisə koronavirus infeksiyasının süni şəkildə bilərəkdən yaradıldığını düşünməyə əsas verir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır