Çində üçüncü uşağın doğulmasına görə cərimələr ləğv edilib  
20.07.2021 23:17

Çinin hakimiyyət orqanları ailələrdə üçüncü uşağın doğulmasıma görə cərimələri və digər sanksiyaları ləğv edib.

 

Aztibb.az Sinxua agentliyinə istinadla xəbər verir ki, bu barədə qərar ÇXR Dövlət Şurası tərəfindən qəbul olunub. Çərşənbə axşamı günü dərc edilmiş qərarda bildirilir ki, hökumət 2025-ci ilədək doğumun stimullaşdırılması üzrə əhatəli sosial siyasət sistemi yaradacaq. Hakimiyyət doğuş, uşaqların tərbiyəsi və təhsili üzrə sosial dəstək tədbirlərinin keyfiyyətini və effektlivliyini artırmaq niyyətindədir. 2035-ci ilədək əhalinin “demoqrafik strukturunun təkmilləşdirilməsi” uçun demoqrafik siyasəti modernəşdirmək nəzərdə tutulur.

 

Xatırladaq ki, bu il mayın 31-də Çin Kommunist Partiyasının Siyasi bürosu ailələrin üç uşaq sahibi olmasına icazə verən qərar qəbul edib.

 

1970-ci illərin ortalarında Çində doğumun məhdudlaşdırılması istiqamətində sərt tədbirlər görülməyə başlanmışdı. O zaman bəzi istisnalar olmaqla, ailələrə yalnız bir uşağa sahiblənmə icazəsi verilirdi. Qaydanı pozan valideynlər böyük cərimələrə məruz qalırdı. Onlar, həmçinin dövlət xidmətindən kənarlaşdırılır və kommunist partiyasının sıralarından xaric edilirdi.

 

2016-cı il yanvarın 1-dən isə ölkədə çinli ailələrin iki uşağa sahib olmasına icazə verən qanun qüvvəyə minib.

 

2020-ci ilin siyahıyaalınmasına əsasən, ÇXR əhalisinin sayı 1,41 milyard nəfər təşkil edib. Əhali tərkibində 60 yaşdan yuxarı vətəndaşların payı 18,7 faizə çatıb. Ötən il ölkədə 10,035 milyon yeni doğulan uşaq qeydə alınıb ki, bu da ÇXR-in əsasının qoyulduğu 1949-cu ildən bəri ən aşağı göstəricidir. Çin demoqraflarının proqnozlarına görə, əgər mövcud tendensiyada dönüş yaranmazsa, 2050-ci ilədək ölkədə 60 yaşdan yuxarı insanların sayı 487 milyon nəfərə (əhalinin 35 faizi) yüksələcək.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib