Azərbaycanda tibbi turizmin tarixi – Birinci yazı                  
20.07.2021 23:20

Tibb elmi antik dövrdən yaransa da müalicəvi bulaqlardan elmi əsaslarla istifadə olunması orta əsrlər və intibah dövrünə təsadüf edir.

 

Tibbi turizm ötən əsrin əvvəllərindən Qərbi və Şərqi Avropada, eləcə də postsovet ölkələrində müəyyən inkişaf istiqaməti aldı. XX əsrin 70-ci illərindən başlayaraq isə bu sektorda şəbəkələr və brendlər formalaşmağa başladı.

 

Aztibb.az ölkəmizdə sağlamlıq turizminin tarixinə adi yazını təqdim edir.

 

XII əsrdə Azərbaycanda karvan yollarının kənarında yerləşən Gülüstan, Goranboy yaşayış məntəqələrinin yaxınlığında Naftalan neftindən müalicə məqsədilə müalicə vannaları fəaliyyət göstərirdi. Elə ölkəmizdə tibbi turizmin inkişafı tarixi də bu dövürdən başlayır.

 

Həmin tarixdən etibarən Naftalan müalicəvi neftindən istifadə edənlərin sayı getdikcə artırdı. Səbəb İpək yolunun hər iki istiqamətinin buradan keçməsi idi.

 

Azərbaycanda XIX əsrin ikinci yarısından başlayaraq Naftalan nefti ilə yanaşı müxtəlif mineral və termal su mənbələrindən də istifadə olunmağa başlanıldı.

 

XIX əsrin sonlarında Naftalan neftinin tərkibinin və müalicəvi xüsusiyyətlərinin elmi əsaslarla öyrənilməsi yönündə tədqiqatlar aparıldı. O dövürdə Gəncə yaxınlığında çar Rusiyasının xüsusi sərəncamı ilə 20 vannadan ibarət müalicə mərkəzi tikildi.

 

Eyni zamanda rus zabitlərinin müalicəsini təşkil etmək məqsədilə Lənkəran, Şuşa və Zaqatalada müalicə məqsədilə ilk termal su vannaları istifadəyə verildi. Şuşada olan belə müalicə mərkəzi rus zədaganlarının istirahət mərkəzi kimi məşhurlaşmışdı.

 

Azərbaycanda ilk sanatoriya 1922-ci ildə Mərdəkanda tikildi. Sonradan Bilgəh, Şüvəlan, Naftalan və Masallıda az tutumlu olsa da, müalicə sağlamlıq mərkəzləri inşa olunaraq istifadəyə verildi.

 

1926-cı ildə Naftalanda o dövr üçün keçmiş SSRİ ərazisində ən böyük müalicə-sağlamlıq müəssisəsi sayılan 340 yerlik ilk müalicə sanatoriyası tikildi.

 

 

 

Azərbaycanda sanatoriyaların sürətli tikintisi isə ötən əsrin 50-90-cı illərini əhatə edir. Qısa müddətdə Kəlbəcərdə İstisu və Naftalanda olan sanatoriyalar ölkə əhəmiyyətli mərkəzlərə çevrildi.

 

1970-85-ci illərdə ölkədə 30-a yaxın çox nömrəli sanatoriya-kurort müəssisəsi var idi. Naftalan, Kəlbəcər, Şuşa, Abşeron, Lənkəran, Masallı, Qax, Culfa, Babək və digər bölgələrdə də sanatoriyalar fəaliyyət göstərirdi.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır