Çində B meymun virusundan ilk ölüm faktı qeydə alınıb
19.07.2021 14:19

Çində B meymun virusuna ("Monkey B" - BV) yoluxan 53 yaşlı baytar vəfat edib.

 

Aztibb.az xəbər verir ki, ürəkbulanma və qusma şikayətlərindən 1 ay sonra onda yüksək temperatur və nevroloji simptomlar müşahidə olunub. Bir neçə xəstəxanada müayinə olunan şəxs mayın 27-sində həyatını itirib.

 

Ölümündən sonra aparılan araşdırmalar zamanı onun BV virusuna yoluxduğu təsdiqini tapıb.

 

Çinin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin məlumatına görə, adı açıqlanmayan şəxs mart ayında ölmüş 2 meymun üzərində araşdırma apararkən virusa yoluxub. Bu, ölkədə B meymun virusundan ilk ölüm faktı kimi qeydə alınıb.

 

Qeyd edək ki, virus 1932-ci ildə aşkarlanıb. Bu virusdan ölüm göstəricisi 70-80 faizdir.

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Anestezioloq-reanimatoloq Emil Muradov -
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib
Ümumi cərrah Mübariz Mahmudov evində ziyarət edilib