39 sahə məntəqəsində monitorinq keçirildi
24.08.2020 12:02

Səhiyyə Nazirliyi nəzdində fəaliyyət göstərən işçi qrupu tərəfindən COVID-19 virusu ilə mübarizə məqsədilə yaradılmış sahə məntəqələrinin ikinci monitorinqi həyata keçirilib.

 

Nazirlikdən Aztibb.az-a verilən məlumata görə, bu prosesin ilkin mərhələsi iyun ayının sonunda işçi qrupunun yaradılması ilə bərabər həyata keçirilib, əsas məqsədi isə sahə məntəqələrinin işinin təşkil edilməsindən ibarət olub. Bundan sonra sahə məntəqələrinin iş proseslərinə nazarət edib, onların təyin edilmiş qaydalara uyğun olub-olmamasını müəyyən etmək məqsədilə xüsusi video-monitorinqlər keçirilib.

 

25.07.20 -15.08.20 müddəti ərzində təşkil olunmuş ikinci monitorinqin əsas məqsədləri tibbi heyətin COVID-19 virusu ilə bağlı davamlı təlimatlandırılması, burada aparılan iş prosesinin düzgün idarəedilməsi və keyfiyyətli şəkildə koordinasiyasına nəzarət etməkdir və monitorinq zamanı müəyyən olunan nöqsan, çətinlik, spesifik hallar və inkişaf sahələri üzrə öz peşəkar tövsiyələrini verməkdən ibarət olub. Qeyd etmək lazımdır ki, monitorinq xüsusi yoxlama vərəqəsi üzrə həyata keçirilib, ona əsasən nəzarətə götürələn sahələr aşağıdakılardır:

 

Sahə məntəqəsinin yerləşdiyi bina və girişinin monitorinqi. Adətən sahə məntəqələri poliklinikaların ayrıca korpusunda yer alır və yaxud poliklinikanın birinci mərtəbəsi sahə məntəqəsi üçün ayrılır və mütləq məntəqəyə ayrı giriş təmin edilir. Bu şərtləri qarşılaya bilməyən poliklinikaların ərazisində xüsusi tibbi avadalıqlarlarla təchiz edilmiş konteynerlər quraşdırılıb. Bu məntəqələr qırmızı lentlərlə əhatə olunub və girişlərində həmin məkanların COVID-19 virusu ilə mübarizə üçün ayrıldığı qeyd olunub və kənar şəxslərin qəti şəkildə binaya və yaxud konteynerə daxil olmaları qadağan olunduğu vurğulanıb.

 

Sahə məntəqəsində fəaliyyət göstərən tibb personalının və səyyar tibb işçilərinin təhlükəsizliyinin təmin edilməsi. Mövcud karantin şəraitində koronavirus xəstələrinə evdə xidmət edən həkim və tibb personal istifadə etdiyi qoruyucu geyimlə təmin olunur. İstifadə ediləndən sonra bu geyimlər düzgün şəkildə ləğv edilmək məqsədilə xüsusi “çirkli” zonalara toplanılıb, sonra aidiyyatı qurumlara utilizasiya məqsədilə təhvil verilməsinə nəzarət olunur.

 

Sahə məntəqəsinə ayrılmış tibbi ləvazimatların təhvil-təslim aktları üzrə hesabatların yoxlanılması. Hər məntəqə üçün ayrılmış qoruyucu kombinezon, maska, papaq, əlcək və eynəkdən ibarət olan tibb ləvazimatlarının saylarının təhvil-təslim aktları üzrə hesabatlarına nəzarət edilir və əlavə saylara ehtiyacı müəyyən edilir.

 

Dərmanların saxlanılması şəraiti. Xəstəliyi simptomsuz və ya yüngül simptomlarla keçirən xəstələrə evdə müalicə almaq üçün Səhiyyə Nazirliyi tərəfindən verilən dərman preparatlarının sahə məntəqəsində saxlanılma şəraiti və çatdırılma prosesinə nəzarət edilir.

 

Yoluxma şübhəsi ilə daxil olunan müraciətlər üzrə götürülən COVID-19 testinin barkodlaşdırılması və sənədləşdirilməsi. Yoluxma şübhəsi ilə müraciət edən vətəndaşın ünvanına COVID-19 testini keçirmək məqsədilə tibb işçisi yönləndirilir. Həmin test məntəqəyə gətirilir, barkodlaşdırılır və sənədləşdirilir. Bu prosesin düzgün aparılması çox vacib əhəmiyyət daşıyır və daim işçi qrupunun diqqət mərkəzində saxlanılır.

 

814 Çağrı Mərkəzi və poliklinikaların nəzdindəki qeydiyyat şöbəsinin funksionallığı. Vətəndaşlar yoluxma şübhəsi yarandıqda ilk addım olaraq 814 Çağrı Mərkəzi və ya poliklinikaların nəzdindəki qeydiyyat şöbələrinə telefon zəngi vasitəsilə müraciət edirlər. Çağrı mərkəzinin və qeydiyyat şöbələrinin bilavasitə vəzifəsi daxil olmuş müraciəti rəsmiləşdirmək və vətəndaşın ünvanına əsasən müraciətləri sahə həkiminə yönləndirməkdir. Bundan dərhal sonra sahə həkimi sorğu-sual əsnasında xəstənin vəziyyətini dəyərləndirmək üçün məlumat toplayır və dəyərləndirmə əsasında COVID-19 testinin səyyar tibb xidməti tərəfindən keçirilib-keçirilməməsinə qərar verir.

 

Qeyd edək ki, Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən işçi qrupun tərəfindən həyata keçirilmiş monitorinqin nəticəsi göstərib ki, simptomsuz və yüngül simptomlu COVID-19 xəstələrin ev şəraitində müayinə və müalicəsini təmin etmək üçün yaradılmış sahə məntəqələri əhaliyə göstərilən təcili tibbi yardım və stasionar müalicə xidmətlərinin iş həcminin azalmasına əhəmiyyətli dərəcədə dəstək olub, əhaliyə daha keyfiyyətli tibbi xidmətlərin göstərilməsini təmin edib.

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi təltif olunub
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Anestezioloq-reanimatoloq Emil Muradov -
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Şirvan Mərkəzi Xəstəxanasında hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
AQTA-nın KOB evlərində xidmət göstərən əməkdaşları üçün təlim təşkil olunub
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır