Tramp: "COVID-19-a qarşı plazma müalicəsi təsdiqləndi"
24.08.2020 11:32

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirilən mətbuat konfransında Qida və Dərmanların Keyfiyyətinə Nəzarət üzrə İdarənin yeni növ koronavirusa (COVID-19) qarşı plazma müalicəsini təsdiqlədiyini açıqlayıb.

 

Koronavirusdan sağalmış xəstələrdən qan plazması alınaraq tətbiq ediləcək müalicənin fövqəladə vəziyyətlərdə istifadəsinə icazə verildiyini söyləyən Prezident Tramp müalicənin nəticələrinin təxmin edilən risklərdən daha üstün olduğunu bildirib.

 

"Bu gün alacağımız qərar, xəstələrin müalicə imkanlarını xeyli asanlaşdırcaq. Biz lazımsız maneələri aradan qaldırırıq", - deyə Tramp qeyd edib.

 

ABŞ Prezidenti daha əvvəl plazma müalicəsini təsdiqləməməsini siyasi səbəblərlə əlaqələndirib. O, plazma terapiyasının koronavirus xəstələrinin müalicəsində səmərəli olacağını deyərək, bu xəstəlikdən sağalanları qan və plazma bağışlamağa çağırıb.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır