Bakıda Ümumdünya Hepatit Gününə həsr edilmiş beynəlxalq tədbir keçiriləcək
25.07.2021 11:42
28 iyul - Ümumdünya Hepatit Gününə həsr edilmiş beynəlxalq elmi tədbir rəsmi akkreditasiyadan keçib.
 
Aztibb.az xəbər verir ki, 28-29 iyul 2021-ci il tarixlərində Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi Elmi-Təcrübi və Tədris Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının və rəsmi tərəfdaş Florence Nightingale Xəstəxanalar Qrupunun birgə təşkilatçılığı ilə "ZOOM" platforması üzərindən Ümumdünya Hepatit Gününə həsr edilmiş “Birinci Bakı Beynəlxalq Hepatologiya və Qaraciyər Transplantasiyası Günləri” adlı onlayn elmi tədbir keçiriləcək.
 
Tədbir Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Davamlı tibbi təhsil üzrə elm və tədris tədbirlərinin akkreditasiya qaydaları" əsasında akkreditasiya olunaraq 16 DTT balı qazanıb.
 
Qeyd edək ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Davamlı tibbi təhsil üzrə elm və tədris tədbirlərinin akkreditasiya qaydaları"na əsasən yalnız həkim-anestezioloq-reanimatoloq, həkim-ümumi cərrah, ürək-damar cərrahı, uşaq cərrahı, həkim-uroloq, həkim-terapevt, həkim-kardioloq, həkim-nefroloq, həkim-qastroenteroloq, həkim-hematoloq, həkim-infeksionist, həkim-endokrinoloq, həkim-pediatr, həkim-radioloq və həkim-neonatoloq ixtisası üzrə fəaliyyət göstərən hər bir mütəxəssis müvafiq olaraq proqramın 80 faizini tamamladıqdan sonra onlayn sertifikat və 16 DTT balı əldə edəcəklər.
 
Yerlər məhdud olduğu üçün qeydiyyatdan keçmək mütləqdir.
 
Proqramla tanış olmaq üçün link: 
 
 
Qeydiyyatdan keçmək üçün link:
ÇOX OXUNANLAR
Araşdırma: Yüksək dozada Omeqa-3 qəbulu belə yaddaş zəifləməsinin qarşısını almayıb  
1-ci tip diabetin inkişafını gecikdirən dərman ilk dəfə xəstəyə tətbiq edilib
Ürəyin işemik xəstəliyi diaqnozu ilə müraciət edən pasiyent üzərində AKŞ əməliyyatı uğurla icra olunub - Tədris Cərrahiyyə Klinikası
Rəşad Şolanın yeni cərrahi metodu beynəlxalq konqresdə qalib seçilib
Rəşad Şolanın ixtirası dünyada birinci oldu
Uşaqlıq qanaxması şikayəti ilə müraciət edən xəstəyə cərrahi müdaxilə həyata keçirilib - Tədris Cərrahiyyə Klinikası
 Mərkəzi Gömrük Hospitalının şöbə rəisi “Certificate of Merit” Fəxri Xidmət Sertifikatı ilə təltif olunub   
Şirvan ŞMX-da ağır əl travması alan pasiyent üzərində uğurlu əməliyyat icra olunub
Ağdərə rayonunun Suqovuşan qəsəbəsində tibbi aksiya: 10 nəfərə zəruri xidmətlər göstərilib
45 dəqiqəlik mübarizə, bir ömrə verilən ikinci şans – Həkimlər pasiyenti həyata qaytardılar
TƏBİB: Ötən ay təcili tibbi yardım xidməti tərəfindən 131 305 nəfərə tibbi yardım göstərilib
Dəri altında yaranan şişlik dermoid kista ola bilər
Huawei diabetə nəzarət üçün yeni davamlı qlükoza monitorinq sistemini təqdim edib
Alimlər Altsheymer xəstəliyinin qarşısını ala bilən burun damcısı hazırlayıblar  
8 yaşlı pasiyent üzərində mürəkkəb rekonstruktiv əməliyyat icra olunub