ÜST: "Daha təhlükəli ştammlar yarana bilər"
16.07.2021 14:57

“Koronavirus pandemiyası hələ başa çatmır və COVID-19-un yeni daha təhlükəli ştammları yarana və yayıla bilər”.

 

Bu haqda məlumat Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fövqəladə Komitəsinin bəyanatında yer alıb.

 

Bəyanatda deyilir ki, milli, regional və qlobal səylərə baxmayaraq, pandemiya hələ başa çatmır. Həmçinin bildirilir ki, pandemiya inkişaf etməyə davam edir və qlobal olaraq narahatlıq doğuran 4 variant üstünlük təşkil edir. Bununla yanaşı, komitə yeni və daha təhlükəli ştammların yarana və dünya üzrə yayıla biləcəyi ilə bağlı yüksək ehtimalların olduğunu qəbul edib. Qeyd olunur ki, bu ştammlara nəzarət etmək də çətin olacaq.

 

ÜST-ün məlumatına görə, son sutka ərzində dünyada 516 528 nəfər koronavirusa yoluxub. Bununla da, dünyada koronavirus infeksiyasına ümumi yoluxanların sayı 188 128 952 nəfər təşkil edib. Pandemiya dövründə 4 059 339 nəfər virusdan dünyasını dəyişib, 3,4 milyarddan çox insan isə peyvənd olunub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır