UNICEF: Keçən il 23 milyon uşağa lazımi peyvəndlər vurulmayıb
15.07.2021 17:07

Keçən il 23 milyon uşağa lazımi peyvəndlər vurulmayıb - bu 2009-cu ildən bəri ən yüksək göstəricidir və 2019-cu il ilə müqayisədə 3,7 milyon çoxdur. 

 

Aztibb.az BMT-nin Xəbərlər xidmətinə istinadla xəbər verir ki, UNICEF-in məlumatına görə, təxminən 17 milyon uşağa keçən il heç bir  peyvənd vurulmayıb. Onların əksəriyyəti münaqişə və müharibə şəraitində, ucqar yaşayış məntəqələrində və ya şəhər xarabalıqlarında yaşayırlar. Bu uşaqlar yalnız peyvənd deyil, ümumiyyətlə bir çox sosial və tibbi xidmətdən məhrumdurlar.

 

"Ölkələr COVID-19 əleyhinə vaksinləri əldə etməyə səy göstərirlər, həmin vaxt isə biz uşaqları qarşısı alına biləcək qızılca, poliomielit və meninqit kimi qorxunc infeksiyalar qarşısında müdafiəsiz buraxaraq, digər peyvənd kampaniyalarını qaçırırıq", - deyə ÜST-nin Baş direktoru doktor Tedros Qebreyesus tədqiqatın nəticələrini şərh edərək, bildirib. O, bu və digər xəstəliklərin yayılmasının onsuz da pandemiyanın öhdəsindən gəlməkdə çətinlik çəkən səhiyyə sistemləri üçün "fəlakətli" nəticələrə səbəb olacağı barədə xəbərdarlıq edib.

 

Ötən il dünyada 3,5 milyondan çox uşaq 2019-cu ildə olduğundan daha çox tetanus, difteriya və göyöskürəyə qarşı peyvəndinin ilk dozasını almayıb və bir il əvvəl olduğundan 3 milyon çox uşaq qızılca əleyhinə peyvəndin ilk dozasını ötürüb. Araşdırmaya görə, bu, Cənub-Şərqi Asiya və Şərqi Aralıq dənizi ölkələrində daha çox özünü büruzə verib.

 

"Alınan həyəcanlı məlumatlar aydın şəkildə göstərir ki, pandemiya və onunla bağlı məhdudiyyətlər imkan verməməli olduğumuz itkilərə gətirib çıxarır", – deyə UNICEF-in rəhbəri Henriyetta For vurğulayıb. - Özü də planetin ən həssas sakinlərinin həyatı və rifahı təhlükə altına düşür".

 

Uşaqların immunizasiya ilə kifayət qədər əhatə olunmaması peyvənd çatışmazlığı, dezinformasiya axını, münaqişələr və digər amillərlə əlaqəlidir. Pandemiyadan əvvəl də hər şey qüsursuz deyildi: məsələn, tetanus, difteriya və boğmaca, həmçinin qızılca və poliomielitə qarşı peyvəndin əhatə səviyyəsi uzun illərdir 86 faiz səviyyəsində saxlanılır – bu göstəricini ÜST tərəfindən tövsiyə olunan səviyyəyə qədər artırmaq mümkün olmur. Yetərsiz vaksinasiya fonunda ilk növbədə qızılca epidemiyası baş verir. Qız uşaqlarının insan ömrünün daha sonrakı mərhələlərində xərçəngə səbəb olan insan papilloma virusuna qarşı vaksinasiya göstəriciləri də 2019-cu ildəki 15 faizdən keçən il 13 faizə düşüb.

 

BMT hökumətləri təcili olaraq problemə diqqət yetirməyə çağırır. Xüsusilə, tibb xidmətlərinin işinin yenidən qurulması və peyvənd kampaniyalarının təşkil edilməsi, eləcə də peyvəndlərin vacibliyi və təhlükəsizliyi barədə valideynlərin maarifləndirilməsi tövsiyə olunur. Bundan əlavə, ekspertlər COVID-19 qarşı vaksinasiyanın uşaqların immunizasiyası üçün nəzərdə tutulan fondlar hesabına maliyyələşdirilməməli olduğunu xatırladırlar.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib