İnsanlar Qurban bayramında diqqətli olmalıdır - Baş infeksionistdən XƏBƏRDARLIQ  
15.07.2021 16:03

Qurban bayramı zamanı kütləvi təmas halının olması qaçılmazdır. Ona görə də vətəndaşlarımız diqqətli olmalıdırlar.

 

Aztibb.az-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.


O, bildirib ki, bayram ərəfəsində insanlar arxayın olmamalı və sosial məsafələrə əməl etməlidirlər: "Sosial məsafə saxlanılmalı, maska taxılmalıdır. Bu gün mövcud olan peyvəndlərin hamısı yeni ştamlara qarşı effektivdir. Yay aylarında, bayram günlərində vətəndaşları diqqətli və məsuliyyətli olmağa çağırıram. İnsanlar pandemiyanın bitməsini düşünməsin. Sadəcə, yoluxma halı bu gün elə də yüksək deyil. Bunu da uzunmüddətli qabaqlayıcı tədbirlər nəticəsində əldə etmişik”.


Qeyd edək ki, bu il Azərbaycanda Qurban bayramı 20 iyul tarixində qeyd olunacaq. Bayramla əlaqədar 19, 20, 21 iyul tarixləri qeyri-iş günləridir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib