ÜST: COVID-19 ilə bağlı vəziyyət pisləşir –yoluxma hallarının sayı artır
14.07.2021 08:24

COVID-19 ilə bağlı vəziyyət getdikcə ağırlaşır – artıq dördüncü həftədir ÜST-ün altı bölgəsindən beşində yoluxma hallarının sayı artır.

 

Aztibb.az BMT-nin Xəbərlər xidmətinə istinadla xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Qebreyesus bəyan edib. O, zəngin ölkələri buster dozalar üçün vaksinləri tədarük etməyə deyil, onları yoxsullarla bölüşməyə çağırıb.

 

“10 həftə ərzində davamlı olaraq azalan ölüm hallarının sayı yenidən yüksəlir. Biz, dünyanın bütün bölgələrindən xəstəxanaların yenidən tam gücünə qayıtdığı barədə xəbərlər alırıq.

 

Koronavirusun “delta” variantı, dünyada sürətlə yayılaraq, yeni yoluxma və ölüm halları sayının artmasına səbəb olur”, - deyə Tedros Qebreyesus Cenevrədə keçirilən brifinqdə bildirib.

 

Bu günə qədər “delta” variantı 104 ölkədə aşkar edilib və çox güman ki, ÜST rəhbərinin dediyi kimi, o, bütün dünyada dominant olacaq.

 

“Vaksinasiyanın az keçirildiyi ölkələrdə vəziyyət xüsusilə ağırdır. “Delta” və yüksək ötürülmə dərəcəsi olan digər variantlar həmin ölkələrdə fəlakətli yoluxma dalğalarına səbəb olur ki, bu da çox sayda xəstəxanaya yerləşdirmə və ölüm hallarına səbəb olur”, - deyə ÜST rəhbəri vurğulayıb. O, hətta daha əvvəl səhiyyə sistemləri sayəsində böyük bir epidemiyanın qarşısını almağı bacaran ölkələrin belə indi pandemiyanın mərkəzində olduğunu qeyd edib.

 

ÜST-ün Baş direktoru etiraf edib ki, yalnız vaksinlərin köməyi ilə böhrandan çıxmaq mümkün olmayacaq, lakin peyvənd virusa qarşı mübarizədə bütün mümkün olan vasitələrdən ən güclüsüdür.

 

“Dünya COVID-19 virusunun dəyişməyə və daha yoluxucu olmağa davam etdiyini real zaman rejimində müşahidə edir. Bu gün demək istəyirəm ki, biz ictimai səhiyyə sahəsində fövqəladə vəziyyətin gərginləşməsini yaşayırıq və bu vəziyyət daha böyük dərəcədə insan həyatı, yaşamaq üçün zəruri olan vasitələr, dünya iqtisadiyyatının bərpası üçün təhlükə yaradır", - deyə ÜST nümayəndəsi bildirib.
Onun sözlərinə görə, vaksinlərin çox az olduğu yerdə vəziyyət nəzərəçarpacaq dərəcədə daha pisdir, lakin pandemiya heç bir yerdə bitməyib.

 

"Hazırkı kollektiv strategiya mənə meşə yanğını ilə mübarizə aparan yanğın komandasını xatırladır. Bir yerdə su ilə suvarma yalnız həmin yerdə alovu azalda bilər, lakin yanğın hər hansı bir yerdə közərməyə davam edərsə, qığılcımlar nəticədə yayılıb yenidən qorxunc bir alova çevriləcək", - deyə Tedros Qebreyesus vurğulayıb. O, xəbərdarlıq edib ki, kollektiv müqavimət olmadan bu "Pandemik cəhənnəm odu" söndürülə bilməz.

 

Baş direktor peyvəndlərin qeyri-bərabər və ədalətsiz paylandığını xatırladıb: bəzi ölkələr və bölgələr milyonlarla buster dozası sifariş edir, eyni zamanda, digər ölkələrdə səhiyyə işçiləri və ən həssas əhali qruplarının vaksinasiyası üçün lazım olan sayda vaksin yoxdur.

 

"Nisbətən yüksək vaksinasiya əhatəsi olan ölkələrə buster vaksinlərinin tədarükünə üstünlük vermək əvəzinə, Moderna və Pfizer COVAX sisteminin tədarükünə səylərini yönəldə bilərdilər", - deyə Tedros Qebreyesus qeyd edib.

 

ÜST rəhbəri bütün dərman şirkətlərini lisenziyalarını, yeniliklərini və texnologiyalarını bölüşməyə çağırıb. O, qeyd edib ki, AstraZeneca artıq belə bir addım atıb - bütün dünyada peyvəndlərinin lisenziyalaşdırılmasını aparıb və onların istehsalını genişləndirib. O bildirib ki, Avropa, Hindistan və Koreya Respublikasından əlavə ÜST Yaponiya və Avstraliyadakı iki istehsal gücünü fövqəladə hallarda istifadə etmək üçün peyvənd siyahısına əlavə edib. Beləliklə, lisenziya müqaviləsi nəzərə alınaraq, “AstraZeneca”nın istehsal ediləcəyi yerlərin sayı beşə çatıb.

 

Tedros Qebreyesusun həmkarı, ÜST-nin immunlaşdırma üzrə eksperti Ann Lindstrand jurnalistlərin suallarını cavablandıraraq bildirib ki, ÜST-ün Buster dozalarının məqsədəuyğunluğunu təsdiq edən kifayət qədər faktiki məlumatı yoxdur".

 

"Digər vaksinlərlə olduğu kimi, koronavirus əleyhinə peyvəndin effektivliyi də vaxt keçdikcə azalır. Lakin tədqiqatlar göstərir ki, ümumilikdə peyvəndlər kifayət qədər yüksək müdafiə səviyyəsini təmin edir", – deyə Ann Lindstrand qeyd edib. O, əlavə edib ki, indi artıq peyvənd olunmuş insanları əlavə müdafiə etmək üçün vaksinləri satın almaq deyil, hər şeydən əvvəl, daha çox insanlara ilk mərhələdə peyvənd vurmaq lazımdır.

 

ÜST-ün aparıcı elmi işçisi Sumya Svaminatan hesab edir ki, müdafiəni gücləndirmək üçün nəzərdə tutulan təkrar peyvənd dövriyyəsinə - buster dozalarına başlamaq ən azı bir və ya iki ildən sonra mümkün olacaq.

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi təltif olunub
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Anestezioloq-reanimatoloq Emil Muradov -
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Şirvan Mərkəzi Xəstəxanasında hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
AQTA-nın KOB evlərində xidmət göstərən əməkdaşları üçün təlim təşkil olunub