İraqda koronavirus xəstələri üçün olan xəstəxanada yanğın baş verib
13.07.2021 09:36

İraqın Nəsiriyyə şəhərində COVID-19-a yoluxan şəxslərin müalicə aldığı xəstəxanada baş vermiş yanğında ölənlərin sayı 90-a çatıb.

 

Aztibb.az xəbər verir ki, 80 nəfər xilas edilib.

 

Məlumata görə, “İmam Hüseyn” xəstəxanasında baş verən yanğının səbəbi ehtiyatsız davranma nəticəsində oksigen balonunun partlamasıdır. Şəhərin mülki müdafiə xidməti yanğının qarşısının alındığını açıqlayıb. Hadisə ilə əlaqədar Səddam ət-Tavil əyalətinin səhiyyə naziri istefa məktubu təqdim edib.

 

İraqın Baş naziri Mustafa Əl-Kazımi ölkədə matəm elan edib. Bundan başqa, o, faciənin səbəblərinin araşdırılması üçün xüsusi komissiya yaratmaq barədə tapşırıq verib.

 

Eyni zamanda, parlamentin sədri Məhəmməd əl-Halbusi xəstəxanada baş vermiş yanğın faktının müzakirə olunması üçün qanunverici orqanda xüsusi iclas keçiriləcəyini bildirib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib