Rəşad Mahmudov: "Saturasiyası 90-dan aşağı olmayan insanların xəstəxanalara yatırılması dünyada qəbul edilməyən reallıqdır"
12.07.2021 11:57

“Bu gün yaxın qonşularımız Rusiya, İran, Gürcüstan və Türkiyədə “Delta” və “Delta+” virusunun tüğyan etməsi hər bir səhiyyə işçisini narahat edir. Ümumdünya Səhiyyə Təşkilatının mayın sonunda keçirilən toplantısında həyəcan təbili çalındı və dünya ölkələri hazırlıqlı olmağa dəvət edildi. Arzu edək ki, bizim ölkəmizdə pandemiya ilə bağlı vəziyyət indiki şəkildə davam etsin. Amma epidemoloji tarix və bildiklərimiz bizə diktə edir ki, belə hadisələrə hazır olmaq məsuliyyəti daşıyırıq”.

 

Bu sözləri Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, ürək-damar cərrahı Rəşad Mahmudov son günlər dünyada COVID-19 virusunun yenidən fəallaşması və virusa yoluxanların sayının artmasından danışarkən deyib.

Onun sözlərinə görə, ölkənin səhiyyə sistemi COVID-19-un yeni dalğasına qarşı hazırlıqlar görür: “Əlbəttə, burada dövlətin gördüyü işləri müsbət qiymətləndirmək lazımdır. Ancaq həm də nəzərə alınmalıdır ki, hər şey cəmiyyətin epidemeloji vəziyyətə olan münasibətilə başlayır. Artıq ilyarımlıq təcrübə göstərir ki, dünya ölkələri bu vəziyyətdə və böyük dalğalar qarşısında ciddi qapanmalara getməyəcəklər. Ancaq bunun yerinə daha əvvəl bilinməyənləri bu gün bilirik. Cəmiyyətin hər bir üzvünün ayrı-ayrılıqda və kütləvi şəkildə bu məsələyə olan münasibəti əsas gedişata, xüsusilə virusun alovlanması zamanı hadisənin nəzarətdə saxlanılmasına kömək edən vasitədir. Odur ki, mən arzu edirəm ki, belə hallar ölkəmizdə olmasın, ancaq hər an ola biləcək dalğalara hazır olmaq məsuliyyəti daşıyırıq”.

R.Mahmudov daha bir vacib məqama toxunaraq əlavə edib ki, tibbi nöqteyi-nəzərdən bu xəstəliklə mübarizədə səhiyyə çox şeyi öyrənib: “Bir il əvvəl kömək edə bilməyəcəyimiz ağır xəstələr bu gün reanimasiyaya düşdükdə vəziyyətdən çıxarıla bilirlər. Əfsuslar olsun ki, insanlar səhiyyəyə qarşı bu inamı qazandıqdan sonra qripal şikayəti başladığı dəqiqədən və COVID-19 diaqnozu qoyulan kimi xəstəxanada yatmağa səy göstərir. Əlbəttə, insanlarımız belə səylər göstərə bilər, lakin bu, Azərbaycan səhiyyəsi üçün böyük fəsadlar gətirə bilər. Biz, 90 faiz xəstəxanalara ehtiyacı olmayan insanları lazımsız yerə xəstəxanaya yatırmaqla əsl ehtiyacı olan 10 faizi - hansı ki onlara tibbi xidməti ən yüksək səviyyədə göstərmək lazımdır - yatıra bilməyəcəyimiz üçün problemlə qarşılaşa bilərik. Ona görə də, saturasiyası 90-dan az olmayan, ciddi ağciyər tutulması olmayan insanların xəstəxanalara yatırılması dünyada qəbul edilməyən reallıqdır. Bu, Azərbaycan tibbinin və səhiyyəsinin öz davamlığı üçün vacib məqam olduğundan onu dilə gətirməyi özümə borc bilirəm. Ümid edirəm ki, cəmiyyətimiz, xəstəxanalarımız, insanlarımız da buna əməl edərək gələcəkdə ola biləcək kritik dalğa qarşısında daha hazırlıqlı olar”.

 

www.reyting.az

ÇOX OXUNANLAR
Ali Səhiyyə Menecmenti Akademiyasının III sessiyasına qeydiyyat başlayıb
D vitamini çatışmazlığı sümüklərin sağlamlığına necə təsir edir?
Böyük ölçülü exinokokk kisti tam laparoskopik üsulla uğurla əməliyyat edilib - Diaqnoz Tibb Mərkəzində 
Qubadlının Qəzyan kəndində 55-dən çox hərbiçiyə təmənnasız stomatoloji xidmət göstərilib
Naxçıvanın Babək rayonunda növbəti tibbi müayinə aksiyası keçirilib
İşğaldan azadlığa, həqiqətin bərpasından qlobal media dialoquna uzanan tarixi proses  
Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu ilə Qazaxıstanın tibb müəssisələri arasında əməkdaşlıq memorandumları imzalanıb
Göygöl Rayon Mərkəzi Xəstəxanasında könüllü qanvermə aksiyası
Göygölün Zurnabad kəndində tibbi aksiya: 223 pasiyent ödənişsiz müayinə və konsultasiya olunub
Könüllü qanvermə praktikası müasir transfuzologiyada qan təhlükəsizliyinin təmin olunmasının ən effektiv modelidir - MÜSAHİBƏ
NDU-nun Tibb fakültəsinin tələbələri Akdeniz Universitetində klinik təcrübələrini uğurla davam etdirirlər
Erkən diaqnoz və düzgün müalicə pnevmoniyanın ağırlaşmalarının qarşısının alınmasında mühüm rol oynayır
Pirallahı Tibb Mərkəzində könüllü qanvermə aksiyası keçirilib
Burun tənəffüsünün pozulmasından əziyyət çəkən pasiyent üzərində müasir endoskopik cərrahi əməliyyat uğurla icra olunub
Yeni Klinikada ilk laporoskopik parsial nefrektomiya əməliyyatı uğurla icra olunub