Yeni əlillik meyarları müddətsiz əlillik dərəcələri olan şəxslərə şamil olunmayacaq
09.07.2021 19:45

Əlillik meyarları ilə bağlı yeni əsasnamə Milli Məclisdə 3-cü oxunuşdan sonra qəbul edilib və 2022-ci il iyulun 1-dən tətbiqi nəzərdə tutulub.

 

Aztibb.az-ın məlumatına görə, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbi-Sosial Ekspertiza xidmətinin təşkili departamentinin müdir müavini İlkin Yusifov bildirib.

 

Onun sözlərinə görə, yeni əsasnamə əvvəlcədən müddətsiz əlillik dərəcələri müəyyən edilmiş şəxslərə şamil olunmayacaq: “Yəni, müddətsiz əlilliklərin yenidən qiymətləndirilməsi zərurəti yaranmırsa, bu əsasnamə onlara şamil olunmur”.

 

İ.Yusifov qeyd edib ki, yeni qaydalara görə, geridönməz proseslərdə, anatomik deffektlərdə, psixi qüsur hallarında müddətsiz əlillik dərəcələri təyin olunacaq: “Digər hallarda isə 5 il müddətinə həyat fəaliyyətinin itirilmə funksiyaları təyin ediləcək”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib