AİB Azərbaycana COVID-19-la mübarizə üçün 250 milyon dollarlıq kredit ayırıb
07.07.2021 11:00

Asiya İnkişaf Bankı (AİB) Azərbaycanın COVID-19 pandemiyasının mənfi sağlamlıq, sosial və iqtisadi təsirlərini azaltmaq üçün hərtərəfli planının həyata keçirilməsinə kömək məqsədi ilə Azərbaycan hökumətinə 250 milyon ABŞ dolları həcmində kredit xəttini təsdiqləyib.

 

Aztibb.az bankın açıqlamasına istinadən xəbər verir.

 
AİB-in prezidenti Masatsuqu Asakava bildirib ki, COVID-19 pandemiyasının davam edən təsirləri Azərbaycanın iqtisadiyyatı yaxşılaşdırmaq və yoxsulluğu azaltmaq üçün əldə etdiyi əhəmiyyətli irəliləyişə təhdiddir.

 

"AİB Azərbaycanı dəstəkləməyə tam sadiq qalır və bu proqram hökumətə pandemiya ilə mübarizə tədbirlərini davam etdirməyə, yoxsul və həssas insanları qorumağa və iqtisadi bərpa üçün zəmin yaratmağa kömək edəcək", - deyə AİB-in prezidenti qeyd edib.

 

Kredit AİB-in Kontraktiklik Dəstək Müəssisəsi nəzdində COVID-19 pandemiya cavab seçimi (CPRO) vasitəsi ilə maliyyələşdirilir. CPRO inkişaf etməkdə olan üzv ölkələrin pandemiyaya cavabı üçün AİB-in 20 mlrd. dollarlıq genişləndirilmiş yardımının bir hissəsi olaraq yaradılıb.

 

Hazırda Asiya İnfrastruktur İnvestisiya Bankı, CAREC Proqramı ilə birlikdə hökumətin pandemiya reaksiyasını dəstəkləmək üçün İdarə Heyətinin təsdiqinə əsasən 100 mln. dollarlıq birgə maliyyələşdirmə kreditinin ayrılması üzərində çalışır.

 

Xatırladaq ki, 1999-cu ildən AİB Azərbaycanla əməkdaşlıq çərçivəsində ölkəyə texniki yardım, kredit xətti, qrant və s. şəklində 5,2 mlrd. dollardan çox vəsait ayırıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib