Rusiyanın səhiyyə naziri Seçenov Universiteti Bakı filialının Təlim və Simulyasiya Mərkəzində olub - FOTO
06.07.2021 22:44

Azərbaycanda səfərdə olan Rusiyanın səhiyyə naziri Mixail Muraşko İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin (Seçenov Universiteti) Bakı filialının bazasında fəaliyyət göstərən Təlim və Simulyasiya Mərkəzində yaradılan şəraitlə tanış olub.

 

Aztibb.az xəbər verir ki, Seçenov Universitetinin Bakı filialının Təlim və Simulyasiya Mərkəzi gələcək həkimlərin praktik bacarıqlarını artırmaq və simulyasiya təlimindən istifadə edərək müxtəlif tibb peşələri üzrə mütəxəssislərin ixtisaslarını artırmaq üçün yaradılıb.

 

Diqqətə çatdırılıb ki, Təlim və Simulyasiya Mərkəzi praktik təlim və əldə edilmiş bacarıq və qabiliyyət səviyyəsinin qiymətləndirilməsi üçün ən müasir texnologiyalara malikdir. Simulyasiya Mərkəzinin işçiləri xarici ölkələrin səhiyyə mütəxəssislərinin zəngin təcrübəsindən yararlanıblar.

 

Daha sonra rusiyalı nazir mərkəzin endoskopiya, UZİ, ginekologiya, reanimasiya, ilk yardım və təcili yardım otaqlarında robot-simulyatorlar üzərində tələbələrin keçirdikləri manipulyasiyaları izləyib.

 

Təlim və Simulyasiya Mərkəzində yaradılan şəraitdən məmnun olduğunu bildirən Rusiyanın səhiyyə naziri Mixail Muraşko mərkəzin kollektivinə uğurlar arzulayıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib