Mixail Muraşko: Tibbi kadrların hazırlanması dostluq münasibətlərimizin inkişafında mühüm bir mərhələdir
06.07.2021 21:55

Tibbi kadrların hazırlanması Rusiya ilə Azərbaycan arasında dostluq münasibətlərinin inkişafında mühüm mərhələdir.

 

Aztibb.az xəbər verir ki, bunu Bakıda səfərdə olan Rusiya Federasiyasının səhiyyə naziri Mixail Muraşko Azərbaycan jurnalistlərinin suallarını cavablandırarkan deyib.

 

Nazir bildirib ki, səfərinin əsas məqsədi tibb mütəxəssislərinin hazırlanmasına 6 il ərzində sərf edilən səylər üzrə nəticələrin ümumiləşdirilməsi olub. “Bu gün 87 nəfər ali tibb təhsili diplomu alıb. Bu, dostluq münasibətlərimizin inkişafında mühüm bir mərhələdir", - deyə o vurğulayıb.

 

Səfərdən ikinci məqsədin Azərbaycan Səhiyyə Nazirliyi ilə yol xəritəsinin imzalanması olduğunu bildirən nazir deyib: “Son illərdə bizim aktiv əlaqələrimiz, birgə layihələrimiz olub. Qarşıdakı münasibətlər üzrə hədəflərin inkişafı ilə bağlı müəyyən dəqiq məqamları olan xüsusi bir yol xəritəsi imzalanıb”, - deyə nazir bildirib.

 

Xatırladaq ki, bu gün Bakıda səhiyyə və tibb elmi sahəsində Azərbaycanla Rusiya arasında əməkdaşlıq haqqında yenilənmiş saziş imzalanıb. Həmçinin İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının ilk məzunlarına diplomların təqdimetmə mərasimi keçirilib.

 

 

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib