Uşaqlar hansı yaşda maska taxmalıdır? - ÜST-dən TÖVSİYƏ
23.08.2020 10:20

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirus pandemiyası ilə əlaqədar yeni qaydalar təqdim edib. Həmin qaydalarda koronavirusa yoluxmadan müdafiə olunmaq üçün 12 yaşdan yuxarı yeniyetmələrə də maskadan istifadə etmək tövsiyə olunub.

 

Aztibb.az xəbər verir ki, BMT-nin Uşaq Fondu (UNICEF) ilə birgə hazırlanan qaydalar toplusunda bildirilib ki, 12 yaşdan yuxarı uşaq və yeniyetmələr infeksiyaya yoluxma ehtimalının yüksək olduğu region və situasiyalarda böyüklərlə eyni şəkildə davranmalıdırlar.

 

Qaydalar toplusunda virusun yayılmasında uşaqların daşıyıcı kimi rolu barəsində mübahisələrin olduğu da qeyd edilib. Bildirilib ki, böyüklərlə müqayisədə azyaşlı uşaqlar üçün virusun daha az yoluxucu olmasına dair çoxsaylı müşahidələr mövcuddur. Bununla belə ÜST hesab edir ki, azyaşlı uşaqlardan fərqli olaraq, yeniyetmələr koronavirusun yayılmasında aktiv rol oynayırlar.

 

ÜST və UNICEF-in birgə qaydalarında, həmçinin 5 yaşadək uşaqların maskadan istifadə etməsi tövsiyə olunmayıb. Qeyd edilib ki, bu, eyni zamanda azyaşlıların ümumi maraq və təhlükəsizliyinə də uyğun gəlir. Eləcə də fiziki və əqli qüsura malik uşaqların maska öhdəliyindən azad edilməsi məsləhət görülüb.

 

Qaydalar toplusunda 6-11 yaşlı uşaqlar üçün maskadan istifadə pandemiyanın ağır zərbə vurduğu regionlarda və ya risk qrupları ilə təmas zamanı məqsədəuyğun hesab olunur. Bu zaman uşaqlara nəzarət edən bir şəxs onların maskadan düzgün və təhlükəsiz istifadəsini təmin etməlidir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır