Quş qripi xəstəliyinin elmi risk qiymətləndirilməsi həyata keçirilib  
05.07.2021 14:26
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən “Quş qripi xəstəliyinin elmi risk qiymətləndirilməsi” layihəsi hazırlanıb. Layihə respublikada yüksək patogenli və aşağı patogenli quş qripi (YPQQ və APQQ) xəstəliyinin qarşısının alınması məqsədilə hazırlanıb.
 
Bildiyimiz kimi, quş qripi (avian influenza) - ev quşlarının və vəhşi quşların, eləcə də insanların və heyvanların həssas olduğu yoluxucu virus xəstəliyidir. Virusun spesifik bioloji xüsusiyyətlərə və yüksək mutagenliyə malik olması xəstəliyi hər zaman aktual edir. Quş qripi xəstəliyinin törədicisi Orthomyxoviridae ailəsinə, İnfluenza cinsinə aid olan RNT tərkibli yüksək mutagen virusdur. Quşlar arasında bu xəstəliyə ilin bütün fəsillərində təsadüf edilsə də, xəstəliyin geniş yayılması mövsümi xarakter daşımaqla quşların miqrasiyası ilə bağlı olur.
 
Qeyd edək ki, dünya üzrə köçəri quşların mövcud olan 8 miqrasiya marşrutundan 2-si Azərbaycan ərazisindən keçir. Nəzərə almaq lazımdır ki, xəstəliyin yayılmasında əsas risk zonaları köçəri quşların miqrasiya marşrutu boyunca yerləşən ərazilər hesab edilir. Xəzər dənizi və çaylar boyunca yerləşən ərazilərdə ev quşlarının virusa yoluxma ehtimalı daha yüksəkdir. Hətta köçəri quşların çox az olduğu ərazilərdə bu xəstəliyə yoluxma ehtimalı böyükdür.
 
Sənəd layihəsində quş qripi xəstəliyinin yayılma mənbələri, o cümlədən köçəri quşların uçuş marşrutları, xəstəliyin xüsusiyyətləri, quş qripi virusuna məruzqalma, YPQQ və APQQ-yə qarşı mübarizə tədbirləri, həmçinin peyvəndləmə strategiyası barədə məlumatlar öz əksini tapıb.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib