Britaniya kraliçası II Elizabet Milli Səhiyyə Xidmətini “Georgi xaçı” ilə təltif edib
05.07.2021 15:46

Böyük Britaniya kraliçası II Elizabet 73 il bundan öncə əsası qoyulan Milli Səhiyyə Xidmətini “Georgi xaçı” ilə təltif edib.

 

Aztibb.az BBC yayım korporasiyasına istinadla xəbər verir ki, Milli Səhiyyə Xidmətinin koronavirus pandemiyası ilə mübarizə üzrə xidmətləri Böyük Britaniya və Britaniya İttifaqının ən böyük mülki mükafatına layiq görülüb. “Bu mükafat Milli Səhiyyə Xidmətinin keçmişdə və hazırda ölkənin dörd regionunda fəaliyyət göstərən bütün əməkdaşlarına təqdim olunur”, - deyə kraliçanın məktubunda bildirilir.

 

Xidmətin rəhbəri Saymon Stivensin sözlərinə görə, qurumun işçiləri və yüz minlərlə könüllü koronavirus pandemiyası qarşısında böyük ruh yüksəkliyi, peşəkarlıq və mərhəmət də daxil olmaqla ən yaxşı keyfiyyətlərini nümayiş etdirib.

 

Qeyd edək ki, 1940-cı ildə Kral VI Georq tərəfindən təsis edilən bu mükafat o vaxtdan bəri yalnız üç dəfə ölkənin və ya hər hansı bir xidmətin kollektiv töhfələrinə görə təqdim olunub. 1942-ci ildə Malta xalqı, 1999-cu ildə isə Olster krallığının polis orqanları “Georgi xaçı”na layiq görülüb.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib