Azərbaycan vaksinasiya məsələsində Cənubi Qafqazda lider ölkədir
04.07.2021 09:46

Yeni növ koronavirus (COVID-19) pandemiyasının elan edildiyi ilk vaxtlardan aktiv şəkildə mübarizəyə qoşulan Azərbaycan həm daxili, həm regional, həm də beynəlxalq səviyyədə böyük uğurlara imza atıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ölkəmizi region dövlətlərindən bir daha fərqləndirib və üstünlüyünü qeyd edib.

 

Aztibb.az xəbər verir ki, bunu həkim-terapevt Leyla Bayramlı ÜST-ün Avropa Regional Bürosunun Azərbaycanda koronavirusa qarşı vaksinasiya prosesinin alqışlanmalı nailiyyət olması ilə bağlı fikrinə münasibət bildirərkən deyib.

 

Həkim-terapevt qeyd edib ki, ÜST-ün münasibəti Azərbaycanın vaksinasiya məsələsində də Cənubi Qafqazda lider ölkə olduğunu göstərdi.

 

“Azərbaycanda koronavirus əleyhinə vaksinasiya sahəsində təbliğat və təşviqat işi yüksək səviyyədə qurulub. Ölkədə peyvəndlənmə prosesi yüksək templə gedir və əhalinin vaksinləşməyə könüllü qoşulması reallıqdır. Biz elə ilk günlərdən prosesə kütləvi qoşulma hallarının şahidi olduq. Bu gün Ermənistanda peyvəndlənmə prosesində aktivlik yoxdur, Gürcüstanda isə kütləvi deyil. Azərbaycan dövləti isə əhalinin vaksinləşməsi üçün kifayət qədər vəsait ayırıb və vaksinlər alınaraq ölkəmizə gətirilir. Bir məqamı da deyim ki, dövlətimiz vaksin ayrıseçkiliyinə yol vermir. Azərbaycan yüksək keyfiyyətli peyvənd istehsal edən xarici şirkətlərlə əməkdaşlıq edir, dünyanın ən məsləhətli vaksinləri ölkəmizdə tətbiq edilir. ÜST tərəfindən Azərbaycanın həyata keçirdiyi vaksinasiya prosesinin təqdir edilməsi müsbət hadisədir və hesab edirəm ki, bu, ölkəmizin böyük uğurlarından biridir”, - deyə L.Bayramlı vurğulayıb.

 

Xatırladaq ki, ÜST-ün Avropa Regional Bürosu Azərbaycanda koronavirusa qarşı vaksinasiya prosesinin alqışlanmalı nailiyyət olduğunu qeyd edib. Bildirilib ki, Azərbaycanda peyvəndlənmə pandemiyanın erkən mərhələsində başlayıb və bu günədək ölkə əhalisinin təxminən 20 faizinə vaksin vurulub.

 

Qeyd edək ki, Azərbaycanda koronavirusa qarşı vaksinasiya 2021-ci il yanvarın 18-də başlayıb.

 

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının ümumi sayı 3 milyon 670 min 729-a bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 2 milyon 290 min 808, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 1 milyon 379 min 921 nəfərdir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib