Qanın bədxassəli xəstəlikləri ilə mübarizə üzrə Tədbirlər Proqramının müddəti uzadılıb
03.07.2021 18:55

“2017-2021-ci illər üçün qanın bədxassəli xəstəlikləri ilə mübarizə üzrə Tədbirlər Proqramı”nın müddəti uzadılıb.

 

Aztibb.az xəbər verir ki, bunu Milli Hematologiya və Transfuziologiya Mərkəzinin icraçı direktoru Valeh Hüseynov deyib.

 

V.Hüseynov bildirib ki, qanın bədxassəli xəstəlikləri ilə mübarizə mərkəzin daim diqqətdə saxladığı aktual problemlərdən biridir: “Həmin Tədbirlər Proqramının genişləndirilməsi təklif olunub. Proqram nəticəsində, bədxassəli xəstəliklərdən əziyyət çəkən hər kəs, xüsusilə azyaşlılar beynəlxalq protokollar əsasında, Milli Hematologiya və Transfuziologiya Mərkəzində təmənnasız müalicə ala biləcəklər. Bu gün bəzi mövcud problemlərə görə, bir sıra xəstələr ödənişli müalicə olunur. Eyni zamanda, bəzi dərman preparatlarının çatışmazlığı ilə üzləşirik. Lakin nəzərə almaq lazımdır ki, ötən 2 il Azərbaycan üçün istər yeni növ koronavirus infeksiyası (COVID-19) ilə mübarizə, istərsə də Vətən müharibəsi baxımından çətin dönəm idi. İndi isə mövcud olan bütün problemlərin həlli istiqamətində müəyyən işlərin görülməsi intensivləşib. Onu da qeyd edim ki, rəhbər qurumların bu məsələdə mərkəzə dəstəyi böyükdür. Yaxın gələcəkdə qanın bədxassəli xəstəliklərindən əziyyət çəkən pasiyentlər dərman preparatları ilə təmin olunmada problem yaşamayacaqlar”.

 

Qeyd edək ki, “2017-2021-ci illər üçün qanın bədxassəli xəstəlikləri ilə mübarizə üzrə Tədbirlər Proqramı” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 11 noyabr tarixli qərarı ilə təsdiq edilib. Tədbirlər Proqramının məqsədi ölkədə qanın bədxassəli xəstəliklərinin diaqnostikasını və müalicəsini müasir səviyyəyə çatdırmaqla, bu xəstəlikdən əlillik və ölüm hallarının azaldılmasından ibarətdir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib