Braziliyada öldüyü zənn edilən şəxs “dirilib”
03.07.2021 08:39

Braziliyanın Tokantins ştatının Araquaina şəhərində ötən gün bir səyyar satıcının halı pisləşdiyinə görə öldüyü zənn edilib.

 

Aztibb.az xarici mətbuata istinadən xəbər verir ki, 71 yaşlı Raimundo da Silva motosikllə işə çıxarkən qəflətən halı pisləşib və yerə yıxılıb. Hadisə yerinə gələn həkimlər onun öldüyü qənaətinə gələrək “cəsəd”i müvafiq şəkildə torbaya yerləşdirdikdən sonra vəziyyəti polisə bildirmək üçün hadisə yerindən ayrılıblar.

 

Lakin bir qədər sonra hadisə yerinə gələn polis əməkdaşları və müxbir həmin torbanın yüngülvari tərpəndiyinə fikir veriblər. Müxbir Covanni Pereira “G1” saytına açıqlamasında bağlı olan torbanın tərpəndiyini gördüyünü bildirib: “Polislər torbanı açanda onun ağzının qıraqlarından köpüklər çıxdığını gördüm. Kömək etmək istədim, ona 10 dəqiqə ərzində ürək masajı etdim”.

 

Bundan sonra həmin şəxs tibb işçiləri tərəfindən xəstəxanaya yerləşdirilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib