Əsas məqsədimiz ölkədə səhiyyə xidmətlərinin bütün sferalarının əlçatan olmasıdır - TƏBİB sədri
02.07.2021 14:17

Tibbi xidmətlərin keyfiyyətinin və əlçatanlığının artırılması əsas hədəfimizdir.

 

Aztibb.az-ın məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

 

Onun sözlərinə görə, TƏBİB ölkədə səhiyyə sahəsində transformasiyanın, islahatların həyata keçirilməsində mühüm rola malikdir:

 

"Bir çox həmkarlar adımızı pandemiya ilə yanaşı çəkirlər və düşünürlər ki, TƏBİB sadəcə pandemiya ilə mübarizə üçün yaranmış qurumdur. Ancaq pandemiya ilə mübarizə bəlkə də bizim fəaliyyətimizin kiçik bir hissəsidir. Əsas məqsədimiz ölkədə səhiyyə xidmətlərinin bütün sferalarının əlçatan olmasıdır. Səhiyyə xidmətləri bütövlükdə transformasiya olunmaqla növbəti mərhələyə hazırlanmalıdır. Ən mühüm hissəsi isə ilkin səhiyyə xidmətləridir. O ölkələr pandemiya ilə mübarizə apara bildilər ki, onların qoruyucu səhiyyə xidmətləri yaxşı inkişaf edib".

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib