Ukraynada 10 yaşlı qız qocalıqdan ölüb  
02.07.2021 15:47

Ukraynanın Vinnisk əyalətinin 10 yaşlı sakini İra Ximiç qocalıqdan ölüb.

 

Aztibb.az “RİA Novosti”yə istinadən xəbər verir ki, uşağın ölümü barədə onun anası özünün feysbukdakı səhifəsində bildirib.

 

"İra öldü. Dünən onun ürəyi dayandı. Günəşim bağışla ki, bu dəfə səni xilas edə bilmədik", - qadın sosial şəbəkədəki hesabında yazıb.

 

Qız proqeriya - nadir sağalmaz genetik xəstəlikdən əziyyət çəkib. Xəstəlik, həmçinin Hatçinson-Qilfor sindromu kimi məşhurdur.

 

Bu xəstəlikdən əziyyət çəkən insanlarda orqanizmin vaxtından əvvəl qocalması ilə şərtlənən dərinin və daxili orqanların dəyişiklikləri baş verir. Körpə bir neçə ay normal inkişaf edir, amma sonra onun qocalması prosesi dəfələrlə sürətlənir.

 

Hərçənd uşaq proqeriyası anadangəlmə də ola bilər, adətən onların əksəriyyətində kliniki əlamətlər iki-üç yaşda ortaya çıxır. Uşağın fiziki artımı kəskin yubanır, dəri nazikləşir, quru olur və qırışır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib