Sosial xidmət müəssisələrindən 30 uşaq ailələrinə geri qayıdıb 
01.07.2021 23:16

Sosial xidmət müəssisələrindən 30 uşaq ailələrinə geri qayıdıb.

 

Aztibb.az-ın məlumatına görə, bu barədə Sosial Xidmətlər Agentliyinin media nümayəndələrinin sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində yaradılmış şəraitlə, həmin uşaqlara göstərilən xidmətlərlə tanışlığı üçün təşkil etdiyi mediaturda deyilib.

 

Jurnalistlərə bildirilib ki, Agentliyin sağlamlıq imkanları məhdud uşaqlar üçün 1 saylı (Şağan qəsəbəsi) və 2 saylı (Saray qəsəbəsi) sosial xidmət müəssisələri fəaliyyət göstərir. Bu müəssisələrdə 5-18 yaşlarında 278 uşaq daimi dövlət himayəsində yaşamaqla, onlara reabilitasiya yönümlü sosial xidmətlər göstərilir. Heydər Əliyev Fondunun “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində hər iki müəssisədə uşaqların normal yaşayışı və onların müxtəlif reabilitasiya tədbirlərinə cəlb olunması üçün müasir tələblərə uyğun şərait yaradılıb.

 

Müəssisələrə qəbul edilmiş uşaqlar yaş, cins, xəstəlik diaqnozlarına uyğun qruplaşdırılır. Fərdi xüsusiyyətləri nəzərə alınaraq sosial xidmətin təşkil edilməsi üçün hər bir uşağın kompleks qiymətləndirilməsi aparılaraq fərdi iş planı tərtib olunur. Müəyyən edilmiş rejimə və fərdi iş planına uyğun uşaqlara xidmət və qayğı göstərilir, onların abilitasiyası və reabilitasiyası həyata keçirilir. Aktiv terapiya, oyun terapiyası, ünsiyyət terapiyası, rəqs terapiyası, mətbəx terapiyası, market terapiyası, “İnkişaf mərkəzi” və “kukla teatrı” otaqları uşaqların vaxtlarının səmərəli keçirilməsinə, həmçinin müxtəlif intellektual oyunlar, müxtəlif nağılları səhnələşdirməklə uşaqlarda zehni inkişaf etdirilməsinə kömək edir.

 

Media nümayəndələri bu müəssisələrdə uşaqların ilkin biliklərə və peşə bacarıqlarına yiyələnmələri, fitri istedad və bacarıqlarının üzə çıxarılması üçün yaradılmış dərnəklərlə də tanış ediliblər. Bu dərnəklərdə uşaqlar müxtəlif əl işləri (rəsm, ağacdan oyma, muncuqla tikmə və s.) hazırlayır, musiqi alətlərində ifa etməklə, rəqslə, mahnı oxumaqla, habelə idman zallarında yüngül atletika, tennis, boccia, futbolla məşğul olurlar. Hər iki sosial xidmət müəssisəsinin sakinlərinin respublika və beynəlxalq səviyyəli idman yarışlarında iştirakı da təmin edilir və onlar bu yarışlarda medallar qazanırlar.

 

Uşaqların doğma ailə mühitinə dönüşünə xidmət edən de-institusionalizasiya tədbirləri də davam etdirilir. Ötən il bu müəssisələrdən 22 nəfər, bu ilin 6 ayı ərzində isə 8 uşaq öz ailələrinə geri qayıdıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib