Bakı kəndlərindən Təcili Tibbi Yardıma daxil olan çağırışların gecikməsinin səbəbi açıqlanıb
01.07.2021 17:10

Bakı kəndlərindən Təcili Tibbi Yardıma daxil olan çağırışların yay mövsümündə gecikməsinin səbəbi paytaxt əhalisinin bağ evlərinə köçü nəticəsində, Bakıətrafı ərazilərdəki əhali sayının artmasıdır.

 

Aztibb.az xəbər verir ki, bu barədə Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməliyyat işləri üzrə baş həkiminin müavini Nuridə Fərzəliyeva məlumat verib.

 

N.Fərzəliyev yay aylarında Bakıətrafı ərazilərdən Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına daxil olan çağırışlar zamanı baş verən gecikmələrə aydınlıq gətirib:

 

“Bakıətrafı ərazilərdən daxil olan çağırışlar zamanı təcili tibbi yardım xidmətinin ünvana gecikməsi ilə bağlı yay aylarında müraciətlər daxil olur. İlk öncə qeyd edim ki, əlbəttə ki, təcili yardım briqadaları Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası tərəfindən əhalinin sayına uyğun təşkil edilir. Lakin yay mövsümündə gecikmələrin baş verməsinə əsas səbəb paytaxt əhalisinin, bəlkə də, yarısından çoxunun Bakı kəndlərinə - bağ evlərinə köçməsi nəticəsində Bakıətrafı ərazilərdə yaşayan əhali sayının artımıdır. Beləliklə, digər vaxtlarda təcili yardıma daxil olan müraciətlər normal şəkildə qarşılandığı halda, yay mövsümündə gecikmələr baş verir. Həmçinin Bakı kəndlərinin əksəriyyətində çimərliklər olduğu üçün hər gün şəhərdən minlərlə vətəndaş həmin ərazilərə üz tutur. Çimərliklərdə olan vətəndaşların da müraciətləri əlavə olunduqda, Bakı kəndlərinə gecikmə hallarına daha çox rast gəlinir. İstənilən halda, Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası olaraq yay aylarında Bakı kəndlərindən daxil olan çağırışlara xüsusi diqqət yetirməyə və gecikmələrə yol verməməyə çalışırıq. Onu da qeyd edim ki, həmişə olduğu kimi çağırışlar çeşidləmə ilə icra edilir”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib