"Şizofreniya xəstəliyinin diaqnostika və müalicəsində müasir yanaşma" mövzusunda VEBİNAR keçiriləcək
01.07.2021 15:25
İyulun 9-da "Şizofreniya xəstəliyinin diaqnostika və müalicəsində müasir yanaşma" mövzusuna həsr olunmuş vebinar keçiriləcək.
 
Aztibb.az xəbər verir ki, vebinarda şizofreniya xəstəliyinin klinik xüsusiyyətləri və müasir nəzəri və praktiki yanaşmalar, ən son elmi tədqiqatların nəticələri müzakirə olunacaq. Təlimin keçirilməsində məqsəd ekspertlərin təcrübələrindən yararlanaraq tibb işçilərinin təkmilləşdirilməsi, həkimlərin bilik və bacarıqlarının artırılmasının davamlılığını təmin etməkdən ibarətdir.
 
Qeyd edək ki, şizofreniya ciddi və kompleks ruhi xəstəlikdir. Psixozun ən çox görülən formasıdır. Əvvəllər funksional psixiatrik xəstəliklərdən biri kimi təsnif edilsə də, hazırda əsasən beyin fiziologiyasının anormallığı kimi qəbul edilir. Şizofreniyanın əsasında düşüncə və qavrayışın pozulması dayanır. Xəstəlik zamanı intelektual qabiliyyət əsasən pozulmasa da, fərdi xüsusiyyətlər və özünü idarə etmə bacarığı itirilir. Şizofreniya başlanğıcı zamanı xəstənin mövcud məşğulliyətində uğursuzluqlar, dərslərdə geri qalma, iş yerində işlərini yerinə yetirə bilməmək, ailədə, işdə, dostları arasındakı münasibətlərdə pozulmalar görülür.
 
Əlaqə: 050 243 86 71
 
ÇOX OXUNANLAR
Azərbaycan və Türkiyə şirkətləri səhiyyə menecmenti sahəsində əməkdaşlığa başlayır
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
“Gənc Tibb İşçilərinin Konfransı” layihəsi Qərb bölgəsində davam etdirilib
Bakı Sağlamlıq Mərkəzi tərəfindən Daşkəsəndə tibbi aksiya keçirilib 
Ümumdünya Ağciyər Gününə həsr olunmuş ÖDƏNİŞSİZ MÜAYİNƏ AKSİYASI
Sabunçu Gənclər Evində “Sülh aylığı” çərçivəsində tədbir keçirilib
Abbas Səhhət adına xəstəxananın tibb bacısı vəfat edib
Mərkəzi Gömrük Hospitalında təlim: “Xəstəxana üzrə kağızsız məlumat mübadiləsi”
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-nin “Telesəhər” proqramına müsahibə verib
Bakı Sağlamlıq Mərkəzinin həkimləri Norveçdə beynəlxalq tədbirdə iştirak ediblər  
Ümumdünya Ürək Gününə həsr olunmuş seminar və “Minimal İnvaziv Mitral Qapaq Təmiri” kursu keçiriləcək
 Gəncə Şəhər Birləşmiş Xəstəxanasının bir qrup əməkdaşı “Gənc Tibb İşçilərinin Konfransı” layihəsində iştirak edib   
İki yeni mütəxəssis Elmi-Tədqiqat Kardiologiya İnstitutunda fəaliyyətə başlayıb
Naxçıvanda orta tibb işçiləri üçün keçirilən sertifikasiya imtahanının nəticələri açıqlanıb
ADHTİ ilə “Azena Creative Agency” arasında tərəfdaşlıq əlaqələri qurulub