AQTİ-nin Milli Referens Laboratoriyası səriştəlilik sınağında yüksək nəticə əldə edib
01.07.2021 09:17

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) nəzdində fəaliyyət göstərən laboratoriyalar mütəmadi olaraq peşəkarlıq sınaqlarına cəlb edilir.

 

Aztibb.az-ın məlumatına görə, aparılan sınaq nəticələrinin düzgünlüyünün və etibarlılığının təmin olunması, həmçinin işçi heyətin səriştəliliyinin artırılması məqsədilə AQTİ nəzdində fəaliyyət göstərən laboratoriyalar beynəlxalq laboratoriyalararası səriştəlilik sınaqlarında iştirak edir.

 

Bu tədbirlər çərçivəsində Milli Referens Laboratoriyası İngiltərənin “FAPAS” təşkilatının həyata keçirdiyi toyuq ətində antibiotik qalıq miqdarının müəyyənləşdirilməsi laboratoriyalararası səriştəlilik sınağına qatılıb. Dünyanın qabaqcıl ölkələrində fəaliyyət göstərən laboratoriyaların da iştirak etdiyi səriştəlilik sınağında AQTİ-nin Milli Referens Laboratoriyası yüksək nəticə əldə edib.

 

Qeyd edək ki, bu günədək sınaq laboratoriyaları müxtəlif aparıcı ölkələrin laboratoriyalarının qatıldığı və İngiltərənin “FAPAS”, “LGC Standard” və “Pirbright”, Almaniyanın “Muva Kempten”, Fransanın “BİPEA” kimi təşkilatlarının rəhbərliyi ilə beynəlxalq “Laboratoriyalararası müqayisə” sınaqlarında (“Proficiency Tests”) iştirak edərək yüksək nəticə göstərən laboratoriyalar sırasında yer alıb.

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Anestezioloq-reanimatoloq Emil Muradov -
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib