Sanator tibb müəssisələrində nöqsanlar aşkar edilib  
29.06.2021 12:14

Səhiyyə Nazirliyi sanator tibb müəssisələrində keçirilən monitorinqlər barədə məlumat verib.

 

Aztibb.az xəbər verir ki, nazirliyin Səhiyyənin təşkili şöbəsinin məsləhətçisi Aynurə Zeynalova monitorinqlər zamanı bir sıra müəssisələrdə ümumi sanitar-gigiyenik qaydalarına tam riayət olunmadığı, həmçinin tibbi sənədləşmənin aparılmasında bəzi nöqsanların aşkar edildiyini deyib. Bildirib ki, bununla bağlı müəssisə rəhbərlərinə tövsiyələr verilib. Eyni zamanda, aparılmış monitorinqlərin nəticələri Səhiyyə Nazirliyində təhlil edilərək müvafiq tədbirlər görüləcəkdir.

 

Aynurə Zeynalova qeyd edib ki, əksər sanatoriyalarda ümumi vəziyyət qənaetbəxş olub: "Nəzərinizə çatdırım ki, Somatik Sanatoriyalar uşaqları yaş qrupları üzrə qəbul edir, məsələn Respublika Uşaq Sanatoriyası 0-17 yaş, 3 nömrəli Uşaq Somatik Sanatoriyası 6-14 yaş, 4 nömrəli Uşaq Somatik Sanatoriyası 6-16 yaş üzrə uşaqları qəbul edir. Uşaqlar sanatoriyaya ərazi üzrə uşaq poliklinikalarından (076 forma) göndəriş alaraq müraciət edə bilərlər. Yalnız 0-6 yaşadək və sağlamlıq imkanları məhdud olan 2-17 yaş uşaqlar sanatoriyada anaları ilə birgə qala bilər. Sanatoriyalar əsasən xroniki xəstəlikləri olan (yuxarı tənəffüz yollarının, dayaq-hərəkət sisteminin, mədə-bağırsaq sisteminin, anamnezdə tez-tez xəstələnən uşaq, uşaq serebral iflici, dəmirdefisitli anamiya yüngül formaları və s.) uşaqlar qəbul olunur. Uşaqlar burda fizioterapevtik prosedurladan, müalicəvi bədən tərbiyəsi, vitaminoterapiya, su prosedurları, massaj, iqlimterapiyası kimi müalicəvi prosedurlar alırlar. Valideynlərin nəzərina çatdırmaq istərdim ki, xroniki xəstəlikləri olan uşaqlar ildə iki dəfə Sanatoriyalarda müalicə ala bilərlər".

 

1. 7 nömrəli Uşaq Nevroloji Sanatoriyası

2. 3 saylı Uşaq Vərəm Sanatoriyası

3. 5 saylı Uşaq Vərəm Sanatoriyası

4. 4 nömrəli Uşaq Somatik Sanatoriyası

5. 1 nömrəli Uşaq Somatik Sanatoriyası

6. 6 nömrəli Uşaq Somatik Sanatoriyası

7. 5 nömrəli Uşaq Somatik Sanatoriyası

8. 3 nömrəli Uşaq Somatik Sanatoriyası

9. Respublika Uşaq Sanatoriyası

10. Sanator-Kurort Reabilitasiya Mərkəzi

11. Prof.Gindes adına Respublika Uşaq və Yeniyetmələr üçün Vərəm Sanatoriyası

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib