Nuran Abdullayev: "Delta" ştammının yayılmaması üçün ciddi tədbirlər görülməlidir"
29.06.2021 10:14

Bir müddət əvvəl Hindistanın Maharaştra ştatında ilk dəfə qeydə alınan koronavirusun “delta plus” (B.1.617.2.1) adlı yeni ştammı sürətlə yayılmaqda davam edir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) isə bir neçə gün öncə keçirilən brifinqdə Delta koronavirus ştammının 92 ölkədə qeydə alındığını açıqlayıb. Təşkilatın məlumatına görə, bəzi peyvəndlər sürətlə yayılan Delta variantına qarşı daha az təsirli olur. Bu ştammın artıq qonşu Gürcüstanda da qeydə alınması ölkəmiz üçün real təhlükəyə çevrilib.

 

İyunun 24-də Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, bu günə kimi Azərbaycanda “Hindistan ştammı” (Delta) rəsmi şəkildə qeydə alınmayıb.

 

Mövzu ilə əlaqədar Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, tibb elmləri doktoru Nuran Abdullayev bildirib ki, Azərbaycanda koronavirusun "Delta" ştammının kütləvi yayılmaması üçün qabaqlayıcı ciddi tədbirlər görülməlidir: "Bu gün İngiltərədəki rəsmi hesabatlara baxdıqda görürük ki, "Delta" variantı həftəlik təxminən 50 %-ə qədər qalxır və bu yoluxmalar da ən çox 10-39 yaş qrupu arasında, yəni ya peyvənd almayanlar, ya da bir dəfə peyvənd olunanlar arasında rast gəlinir. Bu da onu göstərir ki, artıq yeni və qətiyyətli qərarlar verməyin vaxtıdır və məhz buna görə də orada artıq nəzərdə tutulan vacib yumşalma tədbirlərinin icrası 1 ay gecikdiriləsi oldu".

 

Azərbaycanlı alimin sözlərinə görə, bu gün azsaylı elmi tədqiqatlar onu deməyə əsas verir ki, "Delta" variantının yayılma sürəti daha çoxdur: "Bu ştamma yoluxma səbəbindən xəstəxanaya düşmə riski də daha çoxdur. Ona görə də Azərbaycanda da qabaqlayıcı tədbirlərin görülməsinə ciddi əsas var. Ciddi əsas həm də ona görə var ki, İngiltərədə "Delta" variantına yoluxub ölənlər arasında hər iki peyvənd dozasını alan insanlar da olub. Yəni, əvvəllər də dediyim kimi müəyyən ölkələrdə sadəcə peyvənd çıxış yolu deyil, təəssüf ki, eləcə də Azərbaycanda".

 

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adanom Qebreyesus iyunun 26-da Cenevrədə keçirdiyi brifinqdə "Delta"nın peyvənd edilməmiş əhali arasında sürətlə yayıldığını bildirib. O, “Delta”nı COVID-19 mutasiyaları arasında təsbit edilən ən yoluxucu variant adlandırıb.

ÇOX OXUNANLAR
 Azərbaycanda transplantasiyanın tarixi   
 Cəbrayıl RMX-da yanğın təhlükəsizliyi və təxliyə qaydaları ilə bağlı təlim keçirilib   
ATU tələbələri və Hərbi Tibb fakültəsinin rezidentləri üçün “Hərbi psixiatriya” adlı dərs vəsaiti hazırlanıb
Gəncədə Dünya Allergiya Həftəsi ilə bağlı tədbirlər təşkil olunur
Tədris Cərrahiyyə Klinikasında 11 yaşlı pasiyent üzərində cərrahi əməliyyat uğurla icra olunub
Laçında tibbi aksiya: 100-ə yaxın vətəndaş tibbi müayinələrdən keçib
Uşaq sağlamlığı dövlətin gələcəyinə sərmayədir
Günəş şüalarının dəriyə təsiri və ondan necə qorunmalıyıq?
Mürəkkəb əməliyyat, peşəkar komanda və uğurlu nəticə
Respublika QİÇS-lə Mübarizə Mərkəzi Salyanda İİV-ə görə müayinələr aparıb
Professor Məhəmməd Kərimov Fransada EVF 2026 beynəlxalq konqresində iştirak edib
Şuşa RMX-da Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirilib 
Samux Rayon Mərkəzi Xəstəxanasında BLS təlimi keçirilib
 ATU professorunun məqaləsi yüksək impakt faktorlu beynəlxalq jurnalda dərc olunub