Şərqi Asiya icmaları koronavirusla 20.000 il əvvəl rastlaşıblar ­– TƏDQİQAT
26.06.2021 18:49

Amerikalı alimlər Şərqi Asiya populyasiyalarında koronavirus izlərinə 20 min il əvvəl rast gəlindiyini iddia ediblər.

 

Məlumdur ki, hazırda dünyada alfa, beta, delta və qamma adları altında 29 koronavirus növü var. COVID-19-a səbəb olan SARS-CoV-2 bunlardan yalnız biridir.

 

Aztibb.az xəbər verir ki, “Current Biology” jurnalında yayımlanan bir araşdırmaya görə, bu gün Şərqi Asiyada yaşayan insanların DNT-sində 20.000 il əvvəl təkamül izi qoyacaq qədər təsirli olan bir koronavirus epidemiyası olduğu bildirilib.

 

Araşdırmada tapıntıların qədim koronavirusun bölgədə illərdir təsirli olduğu göstərilib. Mövcud koronavirus epidemiyasına peyvəndlə nəzarət edilmədiyi təqdirdə ağır nəticələrə səbəb ola biləcəyinə diqqət çəkilib.

 

Tədqiqata rəhbərlik edən Arizona Universitetinin bioloqu David Enard açıqlamasında bildirib: “Bu bizi narahat etməlidir. İndiki epidemiya nəsillər boyu davam edə bilər.”

 

Enard və araşdırmaya qatılan digər elm adamları açıqlamasında onu da bildirib ki, tədqiqat zamanı mövcud koronavirusların genlərinə baxmaqdan daha çox virus daşıyıcılarının DNT-sindəki təsirlər araşdırılıb və virusların insan genomunda nəsillər boyu necə böyük dəyişikliklərə səbəb olduğu öyrənilib.

 

Qədim insanlar inkişaf etdikləri mutasiyaları növbəti nəslə ötürüblər 

 

Araşdırmada virusların və insanların bir-birlərinə qarşı inkişaf etdikləri mutasiyaları sonrakı nəsillərə ötürdükləri vurğulanıb.  

 

Virusların tarixini yenidən qurmaq üçün həmin genetik dəyişmə nümunələri əsasında insan genomu tədqiq edilib. Bu genlərdən 42-nin Şərqi Asiya populyasiyalarında dominant bir versiyaya sahib olduğu tapılıb. 

 

Bütün bu genlərin 20.000 il əvvəl, çox güman ki, bir neçə əsr ərzində antiviral mutasiyalar inkişaf etdirdiyi təxmin edilib.  

 

Təəccüblü olan isə ovçu olan Şərqi Asiyalılar arasında virusun necə yayılmasıdır. Axı o vaxt toplayıcılar sıx icmalarda yaşamırdılar. 

 

Bəşəriyyət 3000 virusdan 1000-i ilə hələ görüşməyib 

 

Dünyada təxminən 3000 virus növünün olduğu bilinir və bəşəriyyət bu viruslardan 2000-i ilə tanışdır. Elm adamları qalan digər 1000 virus növünün buz altında, meşə və okean dərinliklərində olduğunu bildirirlər.

 

ÇOX OXUNANLAR
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
 17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Günüdür   
Mərkəzi Klinika vakansiya elan edir
Azərbaycan tibbində növbəti uğur: Səhiyyə Nazirliyi Bakı Sağlamlıq Mərkəzinin Aritmologiya bölməsi beynəlxalq akkreditasiya alıb
 Birinci Moskva Dövlət Tibb Universitetinin tələbələri narkomaniya ilə mübarizəyə dair maarifləndiriliblər   
ATU-nun Əczaçılıq toksikologiyası və kimya kafedrası əməkdaşlarının ixtirasına Avrasiya Patenti verilib
Ayağında geniş toxuma zədələnməsi yaranan pasiyentdə mürəkkəb rekonstruktiv əməliyyat uğurla icra olunub
Ölkəmizdə ilk dəfə tətbiq edilən texnologiyaya həsr olunuş elmi simpozium keçirildi - MR-Fusion Prostat Biopsiyası
 Sabunçu Tibb Mərkəzində Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib   
 TƏBİB kollektivi Fəxri xiyabanı ziyarət edib   
Gəncədə Dünya Allergiya Həftəsi ilə bağlı tədbirlər təşkil olunur
Bu ilin yanvar-may aylarında 18 mindən çox uşağa reabilitasiya xidmətləri göstərilib
Səhiyyə Nazirliyi Tibb İşçilərinin Peşə Bayramı Gününü qeyd edib
 Pirallahı Tibb Mərkəzində Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib   
Nizami Tibb Mərkəzi onlayn növbə sistemi aktivləşdirilən 4-cü müəssisə oldu