Şəhid-həkimlər “İgidliyə görə” medalı ilə təltif olunublar
24.06.2021 19:18

Azərbaycan Prezidenti Silahlı Qüvvələrin hərbi qulluqçularının “İgidliyə görə” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

 

Aztibb.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçuları “İgidliyə görə” medalı ilə təltif ediliblər. 

 

Onların arasında şəhid-həkimlər - tibb xidməti leytenantı Mirlətif Ağayev və tibb xidməti leytenantı Tariyel Salmanovun da adı var. 

 

Xatırladaq ki, hər ikisi stomatoloq olan gənc həkimlərimiz Vətən müharibəsi dövründə xidməti vəzifələrini yerinə yetirərkən qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdılar.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Alimlər xərçənglə mübarizədə immun hüceyrələrini gücləndirməyin yolunu tapıblar
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
Süni intellektlə qarşılıqlı əlaqələrdə gender bərabərsizliyi təkrarlana bilər