Meyvə ağaclarının bakterial yanığının risk təhlili həyata keçirilib  
24.06.2021 13:53

Meyvə ağaclarının bakterial yanığı xəstəliyinin yayılmasına nəzarət və ona qarşı effektiv mübarizə tədbirləri aparmaq məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən risk təhlilləri həyata keçirilir.

 

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Aztibb.az-a verilən məlumata görə, bu xəstəlik Azərbaycanda ilk dəfə 2019-cu ilin may ayında Zaqatala-Balakən bölgəsindən alma və armud ağacı nümunələrində aşkar olunub. Xəstəliyə gülçiçəklilər fəsiləsinə aid olan 37 cins və 128 növə məxsus meyvə bitkisində rast gəlinir. Ən tipik əlaməti infeksiyalı bitkinin oddan yanmış bir görünüş almasıdır. Xəstəlik həssas bitkilərdə o qədər sürətlə yayılır ki, sirayətlənmə anında aparılan mübarizə tədbirləri belə bitkini xilas edə bilmir və bitki qısa müddətdə məhv olur. Ona görə də davamlı sortlardan, sertifikatlı ting və calaqlardan istifadə edilməlidir. Sirayətlənmiş sahələrdə sahib bitkilərdən çilik, qələm, anac kimi çoxalma materialları götürülməməlidir. Xəstə budaqlar quru hava şəraitində yoluxmuş hissədən ən az 30-40 santimetr altdan kəsilərək bağdan çıxarılmalı və yandırılmalıdır.

 

Meyvə ağaclarının bakterial yanığı xəstəliyi EPPO (Avropa və Aralıq dənizi Təşkilatı) bölgəsi üçün əsas təhlükə mənbələrindən biridir. Bu xəstəlik alma, armud və digər meyvə bitkilərinin tinglərinin ticarəti üçün fitosanitar risk yaradır. Xəstəlik aşkar olunmuş ölkələr daxil olmaqla, bir çox ölkələrdə xəstəliyin yayılmasının qarşısını almaq məqsədilə ciddi karantin tədbirləri həyata keçirilir. Bir ölkə üçün meyvə ağaclarının bakterial yanığı xəstəliyinin aşkar edilməsi həmin ölkədə ting istehsalı və ixracı üçün maneə hesab olunur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib