Dünyada koronavirus infeksiyasına yoluxanların sayı 23 milyon nəfəri ötüb
21.08.2020 23:32

Dünyada COVID-19 xəstəliyinə səbəb olan koronavirus infeksiyasına yoluxanların sayı 23 milyon nəfəri ötüb.

 

Aztibb.az pandemiyanın statistikasını aparan “Worldometer” saytına istinadla xəbər verir ki, avqustun 20-də dünyada koronavirusa 267 min 532 nəfər yoluxub, 6 min 182 nəfər isə dünyasını dəyişib.

 

Saytın məlumatına əsasən, hazırda dünyada koronavirus infeksiyasına yoluxanların sayı 23 milyon 17 min 521, ölənlərin sayı isə 799 min 763 nəfərə çatıb. Eyni zamanda, 15 milyon 631 min 512 nəfər COVID-19 xəstəliyindən sağalıb, müalicəsi davam edən 6 milyon 631 min 512 xəstədən 61 min 811 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

 

ABŞ-da COVID-19 infeksiyasına yoluxanların sayı 5 milyon 768 min 900 nəfərə çatıb. Yoluxma sayına görə ABŞ-dan sonra ikinci yeri Braziliya tutur - 3 milyon 513 min 39 nəfər. Hindistanda 2 milyon 973 min 317 nəfər, Rusiyada 946 min 976, Cənubi Afrika Respublikasında 599 min 940, Peruda isə 567 min 59 nəfər COVID-19 xəstəliyinə yoluxub.

 

COVID-19 xəstəliyindən ölənlərin sayına görə də ABŞ dünya lideridir – 177 min 831 nəfər. İlk beşliyə daxil olan Braziliyada 112 min 670, Meksikada 59 min 106, Hindistanda 55 min 928, Böyük Britaniyada isə 41 min 405 nəfər koronavirus səbəbindən həyatını itirib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır