8 xəstəxana barədə məlumatlar Baş Prokurorluğa göndərilib - AQTA
22.06.2021 12:34

Fəaliyyətində ciddi nöqsanlar aşkarlanmış 8 tibb müəssisəsi ilə bağlı zəruri məlumatlar toplanaraq hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna təqdim olunub.

 

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Aztibb.az-a verilən məlumata görə, AQTA tərəfindən “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) tabeliyində fəaliyyət göstərən bır sıra tibb müəssisələrində yoxlamalar başa çatıb.

 

Cari ilin aprel-iyun aylarında paytaxt Bakı şəhəri istisna olmaqla ölkə ərazisi üzrə ümumilikdə 46 tibb müəssisəsini əhatə edən yoxlama-nəzarət tədbirləri zamanı qidalanma rejiminin təşkili, ərzağın keyfiyyəti, qida bloklarının sanitar-texniki və sanitar-gigiyenik vəziyyəti, qida təhlükəsizliyi tələblərinə əməl olunması yoxlanılıb.

 

Yoxlama tədbirləri nəticəsində fəaliyyətində ciddi nöqsanlar aşkarlanmış 8 tibb müəssisəsi ilə bağlı zəruri məlumatlar toplanaraq hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna təqdim olunub, həmçinin bir sıra tibb müəssisələrində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə əməl olunmaması ilə bağlı vəzifəli şəxslər inzibati məsuliyyətə cəlb edilib, aşağıda adları qeyd olunan 5 tibb müəssisəsində isə qida təhlükəsizliyi sahəsində ən az nöqsan aşkarlanıb və nəticələri qənaətbəxş qiymətləndirilib. Həmin tibb müəssisələrində aşkar olunmuş nöqsanların qısa müddətdə aradan qaldırılması üçün müvafiq tapşırıqlar verilib.

Yoxlamaların nəticələrinə əsasən fəaliyyəti qənaətbəxş qiymətləndirilən tibb müəssisələri:

1. Beyləqan Rayon Mərkəzi Xəstəxanası;

2. Tovuz Rayon Mərkəzi Xəstəxanası;

3. Ağdam Rayon Mərkəzi Xəstəxanası;

4. Şəki Rayon Mərkəzi Xəstəxanası;

5. Zaqatala Rayon Mərkəzi Xəstəxanası.

 

Tibb müəssisələrində aparılan yoxlamalar TƏBİB-in nümayəndələri və tibb müəssisələrinin baş həkimlərinin müşayiəti ilə həyata keçirilib, müfəttişlər tərəfindən yaxa kameraları vasitəsilə videoçəkilişlər aparılıb, aşkar olunan nöqsanlar yerində protokollaşdırılıb, zəruri müayinələrin aparılması üçün ərzaq xammallarından, qida məhsullarından nümunələr götürülüb və sınaqların aparılması məqsədilə müvafiq laboratoriyaya təqdim edilib.

 

Qeyd edək ki, Agentlik tərəfindən Bakı şəhəri üzrə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində isə iyunun 21-dən etibarən yoxlamalara başlanılıb.

 

Aparılan yoxlamaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək.

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Anestezioloq-reanimatoloq Emil Muradov -
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir