Şri-Lankada denge virusuna 8 mindən çox yoluxma qeydə alınıb
22.06.2021 09:22

Son günlər COVID-19 pandemiyası ilə vəziyyətin daha ağır olduğu bölgələrdən olan Cənubi və Cənub-Şərqi Asiya ölkələrində denge qızdırması da təhlükəli hal kimi qalmaqda davam edir. Şri-Lankada ilin əvvəlindən bəri bu virusa 8 min 139 yoluxma qeydə alınıb.

 

Aztibb.az xəbər verir ki, bu barədə denge virusu ilə milli mübarizə bölməsi açıqlama yayıb. Bildirilir ki, zonalar üzrə ən çox yoluxma paytaxt Kolomboda qeydə alınıb. Səlahiyyətli qurumlar əhalini xəbərdar edərək, virusdan fərdi və kütləvi mühafizə tədbirlərinə diqqət yetirməyə çağırıb. Bu ölümcül virusun yayılmasının qarşısını almaq üçün ağcaqanadların toplaşa biləcəyi məkanların təmizlənməsi üçün xüsusi qruplar yaradılıb.

 

Qeyd edək ki, əsasən tropik və subtropik regionlarda müşahidə edilən denge xəstəliyi virus infeksiyasıdır. Əsas əlamətləri yüksək hərarət, ürəkbulanma, səpmə, baş və bel ağrıları olan xəstəliyin əsas daşıyıcıları “Aedes aegypti” ağcaqanadlarıdır. Ümumdünya Səhiyyə Təşkilatı sürətlə yayılan denge xəstəliyini insan səhhəti üçün ən böyük təhdidlər siyahısına salıb. İndiyə qədər bu virus əleyhinə xüsusi dərman mövcud deyil. Virusun XVIII əsrdən yayılmağa başladığı güman olunur. Amma onun virus kimi yayılması XX əsrin əvvəlində aydınlaşdırılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib