450-dən çox reklam qurğusunda peyvəndlənmə ilə bağlı sosial reklamların yayımı təmin edilib
21.06.2021 16:18

COVID-19 pandemiyasından əvvəl yaşadığımız həyatın geri qayıtması üçün edə biləcəyimiz ən vacib işlərdən biri vaksinasiyadır.

 

Aztibb.az xəbər verir ki, insanların diqqətini bu vacib məsələyə yönəltmək üçün Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi (ADRA) aidiyyatı mövzuda indiyədək ümumilikdə açıq məkandakı 458 reklam qurğusunda sosial reklamların yayımını təmin edib. Bu reklamlar əsasən insanların sıx olduğu ərazilərdəki monitor, bilbord, roller, köşklər və digər reklam daşıyıcılarında yayımlanır.

 

Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta və Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) birgə həyata keçirdiyi vaksinasiya üçün təbliğat kampaniyasına görə nəzərdə tutulan açıq məkan reklamlarında əsas mesaj ondan ibarətdir ki, nə qədər çox insan peyvənd olunsa, biz öncəki – darıxdığımız həyata bir o qədər də tez qayıda bilərik. Peyvəndlənməni təbliğ edən sosial reklamların açıq məkanda yayımı hazırda da davam etdirilir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib