21 iyun – Beynəlxalq Yoqa Günüdür  
21.06.2021 09:28

Hindistan tərəfindən təqdim olunan və BMT Baş Assambleyasının 2014-cü ildə yekdilliklə qəbul etdiyi qərarla iyunun 21-i Beynəlxalq Yoqa Günü elan edilib.

 

Aztbb.az xəbər verir ki, hər il Beynəlxalq Yoqa Günündə bir çox ölkədə müxtəlif mərasimlər keçirilir. Təbii olaraq bu mərasimlərin episentri Hindistandır. Son 2 ildə COVID-19 pandemiyasının yaratdığı məhdudiyyətlər səbəbindən kütləvi yoqa mərasimləri keçirilmir. Bununla belə, Hindistanda “Sağlam həyat üçün yoqa” devizi ilə builki bayramın qeyd olunması üçün yüzlərlə yer ayrılıb. Onların hər birində ən çoxu 50 nəfər olmaqla yoqa məşğələləri keçirilir. Bundan başqa, Hindistanda yerli vaxtla səhər saat 6:30-dan televiziya ilə xüsusi proqramın yayımı başlayıb. Baş nazir Narendra Modi televiziya vasitəsilə xalqa müraciət edib.

 

Qeyd edək ki, yoqa ortodoksal induizm məktəblərindən biridir. Bütün dünyada bu anlayış daha geniş mənada şərh edilir: o, induizmin və buddizmin müxtəlif istiqamətlərinin təklif etdiyi mənəvi, psixi və fiziki təcrübələrin məcmusunu birləşdirir. Yoqa ilə məşğul olmaq dedikdə xüsusi hərəkətlərin köməyi ilə öz bədənini, psixikanı və fizioloji funksiyalarını idarə etmək səyi başa düşülür.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib