Payız-qış mövsümünə ciddi hazırlıq gedir - TƏBİB
21.08.2020 18:30

Pandemiya bütün dünyada fövqəladə vəziyyət hesab olunur. Heç bir ölkə və onun səhiyyə sistemi pandemiya şəraitinə tam olaraq hazırlıqlı deyil və ola da bilməz. Bu zaman bütün tibb işçiləri ixtisaslarından asılı olmayaraq səfərbər olunurlar. Son 6-7 aydır biz bu prosesin içindəyik. Həkim-infeksionistlərin sayı kifayət qədərdir və onlar pandemiya ilə mübarizəyə ilk sırada qoşulublar. Həm paytaxtda, həm də bölgələrdə çoxsaylı təlimlər keçirilib, digər ixtisasdan olan həkimlər də bu mübarizəyə cəlb olunublar. Bu da bütün dünyada qəbul olunmuş bir praktikadır. Hazırda bölgələrdə təlimlər davam etdirilir.

 

Aztibb.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva deyib.

 

Onun sözlərinə görə, hazırda payız-qış mövsümünə ciddi hazırlıq gedir: "Xəstə sayı azaldığına görə, bəzi pandemiya xəstəxanaları bağlanıb və tibb işçilərinə istirahət verilib ki, onlar qarşıdan gələn mövsümə hazırlıqlı olsunlar. Mövsümə uyğun planlar da var. Həkimlərimizə dəstək olmaları üçün başqa ölkələrdən tibbi personallar da dəvət edirik. Payız-qış mövsümünə hazırlıq məqsədilə bütün zəruri tədbirlər görülür".

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır