İranda təcili yardım vertolyotu qəzaya uğrayıb
19.06.2021 14:54

İranın qərbində yerləşən Lorestan vilayətinin Əliqodərz rayonunda təcili yardım vertolyotu qəzaya uğrayıb.

 

Aztibb.az-ın məlumatına görə, bunu İranın Lorestan vilayəti Qırmızı Aypara Cəmiyyətinin icraçı direktoru Sarom Rzayi deyib.

 

S.Rzayinin sözlərinə görə, qəza nəticəsində 1 nəfər ölüb və 11 nəfər yaralanıb.

 

Rzayi əlavə edib ki, hadisə yerinə xilasetmə qüvvələri cəlb olunublar.