Səbinə Babazadə: "Hazırda ölkəmizdə 4 peyvəndin tətbiqi davam etdirilir"
19.06.2021 11:03

“İstənilən peyvəndin yeganə məqsədi – orqanizmdə xəstəliyə qarşı immunitet yaratmaqdır”.

 

Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə ölkəmizdə tətbiq olunan peyvəndlər barədə sualları cavablandırıb.

 

- Hazırda ölkəmizdə hansı peyvəndlər tətbiq olunur?

 

- Hazırda ölkəmizdə Çinin Sinovac Biotech (SVA.O) şirkəti tərəfindən istehsal olunan COVID-19-a qarşı CoronaVac peyvəndi, Oksford Universitetində İngiltərə və İsveç alimləri tərəfindən yaradılan AztraZeneca (Vaxzevria), Rusiyanın Gamaleya Universitetində yaradılan Sputnik V və Pfizer – Almaniya biotexnologiya şirkəti BioNTech tərəfindən Amerika Pfizer və Çinli Fosun Pharma ilə birlikdə hazırlanmış COVID-19 əleyhinə mRNT əsaslı peyvəndlər istifadə olunur.

 

- Ölkəmizdə 4 peyvəndin tətbiqi davam etdirilir. Bu vaksinlər bir-birindən nə ilə fərqlənir?

 

- Peyvənd öldürülmüş və ya zəiflədilmiş mikroblar, onların ifraz etdiyi bəzi antigen xassəli maddələrdir. Müasir dövrdə yoluxucu xəstəliklərə qarşı mübarizə metodlarından ən effektli və iqtisadi cəhətdən ən əlverişli üsul vaksinasiyadır. Peyvənd immun sisteminizə müəyyən xəstəliklərə qarşı immun reaksiyasını canlandıraraq infeksiyalara qarşı daha effektiv mübarizə aparmağa kömək edir. Gələcəkdə həmin virus və ya bakteriya ilə bədən rastlaşarsa, immun sisteminiz artıq onlarla necə mübarizə aparacağını biləcək.

 

Dünyada peyvəndlənməyə iki cür yanaşma mövcuddur: GAVİ Peyvəndlər və İmmunizasiya Qlobal İttifaqı da bunu təsdiq edir. Canlı zəiflədilmişi vaksinlərdə xəstəliyə səbəb olmadan çoxala bilən zəifləmiş virus formasından istifadə edilir. İnaktiv peyvəndlərdə isə, genetik materialları məhv edildiyinə görə çoxala bilməyən, lakin immunitetin reaksiyasına səbəb ola bilən viruslardan istifadə olunur. Canlı peyvəndlər immun sistemi zəif olan insanlarda xəstəliyə səbəb ola bilir. Bundan başqa, onlar adətən xüsusi soyuq yerlərdə saxlanmağı tələb edir. İnaktiv vaksinlər də bəzən soyuq mühit tələb etsələr də, onları immun sistemi zəifləmiş insanlara vurmaq olar. "Sinovac" şirkətinin "CoronaVac" vaksini daha "ənənəvi" üsulla hazırlanan inaktiv peyvənddir, çox peyvəndlərdə istifadə olunan və sübut olunan texnologiyadır. O, xəstəliyə ciddi əks-təsirə səbəb olmadan, bədənin immun sistemini virusa məruz qoymaq üçün öldürülmüş virus hissəciklərindən istifadə edərək işləyir, yəni əsas komponenti canlı olmayan virus hüceyrəsidir, xəstəliyə səbəb ola bilməz, ancaq immunitet reaksiyasını yaradır. Şirkət vaksinin hazırlanmasında Çin, Böyük Britaniya, İtaliya, İspaniya və İsveçrədən olan COVID-19 xəstələrindən nümunələr götürüb. Bütün məlum olan vaksinlər kimi "CoronaVac" da iki dozalı peyvənddir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib