“Tibb elmləri və innovasiyalar” mövzusunda IV Beynəlxalq Konqres keçiriləcək  
18.06.2021 10:06

Türkiyə  Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində fəaliyyət göstərən İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutu (İKSAD), AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsi və bölmənin strukturunda fəaliyyət göstərən Molekulyar Biologiya və Biotexnologiyalar, Genetik Ehtiyatlar və akademik Abdulla Qarayev adına Fiziologiya institutlarının təşkilatçılığı ilə 5-6 iyul 2021-ci il tarixlərində AMEA-da onlayn formada “Tibb elmləri və innovasiyalar” mövzusunda IV Beynəlxalq Konqres (Uluslararası Sağlık Bilimleri ve İnovasyon Kongresi – https://www.healthforworld.org) keçiriləcək.

 

Konqresin fəxri sədri AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev, sədri isə AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynovadır.

 

Qeyd edək ki, İKSAD hər il Türkiyədə və dünyanın bir sıra digər ölkələrində (Ermənistan istisna olmaqla) müxtəlif elmi mövzulara həsr edilmiş beynəlxalq konfrans və simpoziumlar təşkil edir.

 

Bu günədək biologiya və tibb elmləri istiqamətinə aid 3 belə beynəlxalq tədbir dünyanın bir sıra ölkələrinin iştirakı ilə Türkiyədə böyük müvəffəqiyyətlə keçirilib.

 

Konqres haqqında geniş məlumat almaq üçün keçidlərdən (əsas saytmövzulartəqvimyazı qaydaları) istifadə edə bilərsiniz.

 

Tezislər 25 iyun 2021-ci il tarixinə qədər healthforworld44@gmail.com email ünvanına göndərilməlidir.

ÇOX OXUNANLAR
Azərbaycan və Türkiyə şirkətləri səhiyyə menecmenti sahəsində əməkdaşlığa başlayır
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
“Gənc Tibb İşçilərinin Konfransı” layihəsi Qərb bölgəsində davam etdirilib
Bakı Sağlamlıq Mərkəzi tərəfindən Daşkəsəndə tibbi aksiya keçirilib 
Ümumdünya Ağciyər Gününə həsr olunmuş ÖDƏNİŞSİZ MÜAYİNƏ AKSİYASI
Sabunçu Gənclər Evində “Sülh aylığı” çərçivəsində tədbir keçirilib
Abbas Səhhət adına xəstəxananın tibb bacısı vəfat edib
Mərkəzi Gömrük Hospitalında təlim: “Xəstəxana üzrə kağızsız məlumat mübadiləsi”
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-nin “Telesəhər” proqramına müsahibə verib
Bakı Sağlamlıq Mərkəzinin həkimləri Norveçdə beynəlxalq tədbirdə iştirak ediblər  
Ümumdünya Ürək Gününə həsr olunmuş seminar və “Minimal İnvaziv Mitral Qapaq Təmiri” kursu keçiriləcək
 Gəncə Şəhər Birləşmiş Xəstəxanasının bir qrup əməkdaşı “Gənc Tibb İşçilərinin Konfransı” layihəsində iştirak edib   
İki yeni mütəxəssis Elmi-Tədqiqat Kardiologiya İnstitutunda fəaliyyətə başlayıb
Naxçıvanda orta tibb işçiləri üçün keçirilən sertifikasiya imtahanının nəticələri açıqlanıb
ADHTİ ilə “Azena Creative Agency” arasında tərəfdaşlıq əlaqələri qurulub