Rusiyalı ekspertlər COVID-19-la bağlı vəziyyəti qiymətləndirmək üçün Antalyaya gəlib
18.06.2021 10:00

Rusiyanın ekspertlər qrupu koronavirusla bağlı vəziyyəti qiymətləndirmək və hakimiyyət orqanlarının epidemiya əleyhinə gördükləri tədbirlərlə tanış olmaq üçün Antalyaya gəlib.

 

Aztibb.az “Yeni Şafak” qəzetinə istinadla xəbər verir ki, rusiyalı mütəxəssislər iyunun 19-dək Antalyada qalacaq. Bundan sonra onlar təftişin nəticələri barədə məruzə hazırlamaq üçün Moskvaya dönəcək. Türkiyənin turizm sektoru çimərlik mövsümündə aviasiya əlaqəsinin tam bərpası üçün Rusiya nümayəndə heyətinin səfərinə böyük ümid bəsləyir.

 

Qeyd edək ki, koronavirusun yayılması səbəbindən Rusiya aprelin 15-dən iyunun 1-dək Türkiyə ilə sərnişin aviadaşımalarını məhdudlaşdırıb. Mayın 31-də Rusiyanın koronavirusla mübarizə üzrə operativ qərargahı COVID-19 infeksiyası ilə bağlı ağır epidemioloji vəziyyət səbəbindən Türkiyə və Tanzaniyaya uçuşların dayandırılması barədə qərarını iyunun 21-nə qədər uzadıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib