Tarix Muzeyində tibb tarixinə dair materiallar qorunur  
17.06.2021 17:24

1918-ci il iyun ayının 17-də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin tərkibində Səhiyyə Nazirliyi yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə bu tarix 2001-ci ildən başlayaraq ölkəmizdə Səhiyyə İşçiləri Günü kimi qeyd edilir.

 

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli Mənbələr fondunda tibb tarixinə dair xeyli material qorunub saxlanılır. Bu sənədlər sırasında Azərbaycanın tanınmış tibb işçilərinin müxtəlif zamanlarda fəaliyyətini əks etdirən dörd fotoşəkil də (inv. №554/1, 7, 9, 12) yer alır.

 

Bu şəkillər arasında 1893-cü ildə Tiflis gimnaziyasında dərs alan tanınmış cərrah Bahadır Qayıbovu, 1912-ci ildə Xarkovda təhsil alan azərbaycanlı tələbələrdən Mirəsədulla Mirqasımovu (sonradan Azərbaycan EA-nın ilk prezidenti seçilmişdir), 1927-ci ildə Şamaxıda açılan tibb bacıları kurslarının tələbələrini, ötən əsrin 20-ci illərində Lerikdə dosent Əlisəttar Sultanovun rəhbərliyi ilə çöldə qurulan səyyar tibb məntəqəsinin işçilərini görmək olar.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib