Şahmar Mövsümov: “Açıq havada toyların keçirilməsi məsələsi müzakirə olunur”
15.06.2021 14:35

“Açıq hava şəraitində toyların keçirilməsi müzakirə olunur”.

 

Aztibb.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib. 

 

Ş. Mövsümov bildirib ki, hazırda COVID-19 infeksiyası ilə bağlı Azərbaycanda vəziyyət stabildir: “Ölkədə vəziyyət daha da yaxşılaşmaya doğru gedir. Bununla belə, ölkəmizdən fərqli olaraq, dünyada COVID-19-la bağlı vəziyyət ürəkaçan deyil. Bəzi ölkələrdə pandemiyanın ikinci, üçüncü dalğası başlayıb. Buna görə də müzakirələrə ümumi vəziyyət nəzərə alınaraq aparılır”.


Prezidentin köməkçisi qeyd edib ki, açıq hava şəraitində müəyyən sayda insanın iştirakı ilə toy mərasimlərinin keçirilməsi ehtimalı var: “Bununla bağlı da müzakirələr davam etdirilir”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib