“Novavax” şirkəti hazırladığı vaksinin 90 faiz effektiv olduğunu bildirib
15.06.2021 10:13

ABŞ-ın “Novavax” şirkəti tərəfindən hazırlanan COVID-19 əleyhinə vaksin Amerika və Meksikada aparılan miqyaslı sınaqların gedişində həm bu virusa, həm də onun müxtəlif ştammlarına qarşı 90 faiz effektivlik göstərib.

 

Aztibb.az "Associated Press" agentliyinə istinadla xəbər verir ki, vaksin əsasən koronavirusun ABŞ ərazisində dominantlıq edən “Britaniya” ştammına qarşı təsirli olub.

 

Eyni zamanda vaksinasiyadan sonra iynənin vurulduğu yerdə ağrılar və zəiflik kimi yan təsirlər müşahidə edilib. “Novavax” şirkətinin icraçı direktoru Stenli Erik peyvənddən sonra trombun əmələ gəlməsi barədə məlumatın olmadığını bildirib.

 

Şirkət sentyabrın sonunadək ABŞ və Avropada preparatın istifadəsinə icazə almaq niyyətindədir. “Novavax” o vaxta qədər ayda 100 milyon vaksin dozası istehsal etməyi, dekabr ayınadək isə bu göstəricini 150 milyona çatdırmağı planlaşdırır. Eyni zamanda, 2022-ci ildə ABŞ-a 110 milyon, inkişaf etməkdə olan ölkələrə isə 1,1 milyard vaksin dozası çatdırmağı vəd edib.

 

Agentliyin məlumatına əsasən, “Novavax” peyvəndinin saxlanması və daşınması çox asandır: o, adi soyuducuda saxlanıla bilər. Preparatın inkişaf etməkdə olan ölkələrdə əhalinin immunlaşdırılmasında ciddi rol oynayacağı gözlənilir.

 

Qeyd edək ki, Vaksinasiya və İmmunlaşdırma üzrə Qlobal Alyans (GAVI) 350 min “Novavax” vaksininin alınması və cari ilin üçüncü rübündə çatdırılmaların başlanması üçün müqavilə imzalayıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib