Koronavirusa qarşı vaksinin milli peyvənd təqviminə daxil olunması istisna edilmir - Baş pediatr
14.06.2021 09:04

Koronavirusun kökünü kəsmək, yəni, infeksiyaya yeni yoluxma sayını sıfıra endirmək mümkün olmazsa, çox güman ki, növbəti illərdən körpələrdə də COVID-19 əleyhinə peyvəndləmə prosesinə başlanılacaq.

 

Aztibb.az xəbər verir ki, Səhiyyə Nazirliyinin baş pediatrı Nəsib Quliyevin verdiyi məlumata görə, Azərbaycanda təsdiq olunmuş peyvənd təqviminə əsasən, uşaqlarda planlı olaraq 11 infeksiyaya qarşı peyvənd aparılır: “Beləliklə, koronavirus infeksiyasının planlı peyvədləmənin həyata keçirildiyi 11 infeksiya siyahısına daxil olacağı istisna edilmir”.

 

Baş pediatr bildirib ki, indiki qaydalara əsasən, ölkəmizdə yalnız 18 yaşdan yuxarı şəxslər vaksinasiyadan keçə bilərlər: “Lakin xarici ölkələrdə müvafiq şirkətlər COVID-19 əleyhinə vaksinləri uşaqlar üzərində sınaqdan keçirməyə başlayıblar. Vaksin istehsal edən həmin şirkətlər, adətən, mərkəzi klinikalarla müqavilə imzaladıqdan sonra peyvəndin sınağına başlayırlar. Əgər belə razılaşma olarsa, Azərbaycanda da uşaqlar üzərində müvafiq vaksinin sınağına başlanıla bilər. Ümumiyyətlə, uşaqlarda vaksinasiya prosesinin daha sonraya qalmasının əsas səbəbi ondan ibarətdir ki, COVID-19, bir qayda olaraq, uşaqlarda daha az fəsad verir və yüngül keçir. Bu səbəbdən, vaksinlər, əsasən, risk qruplarında sınaqdan keçirilir”.

 

Qeyd edək ki, Avropada və ABŞ-da vaksin istehsal edən bir neçə şirkət peyvəndləri uşaqlar üzərində sınaqdan keçirməyə başlayıblar.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib