13 iyun - Beynəlxalq Albinizm haqqında Maarifləndirmə Günüdür  
13.06.2021 11:22

Albinizm latın sözüdür, "albus", yəni "ağ" sözündən yaranıb. Dəridə, saçda və gözlərdə xüsusi bir piqmentin olmaması ilə xarakterizə olunan anadangəlmə xəstəlikdir. Albinoslar həyatımızın bir parçasıdır. Onlar xarici görünüşü ilə fərqlənir.

 

Aztibb.az xəbər verir ki, iyunun 13-ü Beynəlxalq Albinizm haqqında Məlumatın Yayılması Günüdür.

 

Aztibb.az xəbər verir ki, bu tarix 2014-cü il dekabrın 18-də BMT-nin Baş Assambleyası tərəfindən təsis olunub. Beynəlxalq Albinizm haqqında Məlumatın Yayılması Günü 2015-ci ildən etibarən hər il qeyd edilir.

 

Statistikaya görə, albinoslar Avropa ölkələrinin millətləri arasında nadir deyil, 20 min nəfərdən bir rast gəlinən haldır. Maraqlıdır ki, neqroid irqindən olanlar arasında onlara daha çox rast gəlinir. Genetiklərin araşdırmalarına görə, insanlarda albinizm geni əslində nadir deyil, sadəcə çox vaxt bu gen aktiv olmur. Təxminən hər 70 min nəfərdən birinin onun gizli daşıyıcısı olduğu təxmin edilir.

 

Kiçik etnik qruplarda qohum nikahlar nəticəsində albinizm yayılmışdır. Albinoslar fotofobi, görmə kəskinliyinin azalması, katarakta kimi göz xəstəliklərindən, həssaslıq və quru dəridən əziyyət çəkirlər. Günəş şüaları onların sağlamlığına mənfi təsir göstərdiyindən gecə həyatı yaşamaq məcburiyyətində qalırlar.

 

Albinizmdən əziyyət çəkənlərin zahiri görkəmi günümüzdə də gülüş doğuran yanlış mövhumatçı təsəvvürlər formalaşdırır. Həmin şəxslərə qarşı göstərilən ayrı-seçkilik onların marginallaşmasına və cəmiyyətdən təcrid olunmasına səbəb olur. Bəzi cəmiyyətlərdə mövhumatçılığın güclü təsiri altında kök atmış yanlış təsəvvürlər və əfsanələr albinizmdən əziyyət çəkənlərin həyatını təhlükəyə məruz qoyur. Bu qədim təsəvvür və əsatirlər bütün dünyada yayılıb.

 

BMT-nin İnsan Haqları Şurası bunu əsas götürərək, 2013-cü ildə dövlətləri albinizmdən əziyyət çəkənlərə qarşı ayrı-seçkiliyin bütün növlərini ləğv etmək üçün təsirli tədbirlər görməyə çağırıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib