Vegeterianlar koronavirusa daha az həssasdır – ARAŞDIRMA
13.06.2021 09:43

COVID-19 dünyada həyat sürməyə davam edərkən, epidemiya ilə bağlı araşdırmalar fasiləsiz davam edir. Virusa qarşı müdafiə silahlarını artırmaq üçün xəstəliyin parollarının deşifrə edilməsinə çalışılır.

 

Aztibb.az xəbər verir ki, ABŞ alimləri tərəfindən 6 ölkədə aparılan araşdırmalar nəticəsində vegeterianların koronavirusa yoluxma ehtimalının ət istehlak edənlərdən 73% daha az olduğu ortaya çıxıb.

 

Tədqiqat ABŞ-ın Con Hopkins Universitetinin mütəxəssislərinin rəhbərliyi altında ümumilikdə 2884 nəfərin iştirakı ilə aparılıb.

 

Tədqiqatın nəticələri qabaqcıl tibb dərgisi olan “British Medical Journal”da dərc olunub. Araşdırmaya qatılanların 2300-dən çoxu koronavirusa yoluxmayan, 568-i isə xəstəliyi keçirənlərdən ibarət olub. İştirakçıların 138-də şiddətli simptomlar, 430-da xəstəliyin yüngül əlamətləri müşahidə edilib.  

 

“Vegeterianlar arasında yoluxma olsa belə xəstəliyin şiddət dərəcəsinin daha aşağı olduğu müəyyənləşdirilib. Onların qidalanma tərzi kütləvi yoluxma halı baş verərsə koronavirusdan müdafiə üçün əhəmiyyətli bir yol ola bilər”, – deyə nəticələri şərh edən ABŞ mütəxəssisləri bildiriblər. 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev